Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Prezident: Xarici investisiyalar üçün əsas hədəflər müəyyən edilib

Prezident: Xarici investisiyalar üçün əsas hədəflər müəyyən edilib

Prezident: Xarici investisiyalar üçün əsas hədəflər müəyyən edilib
2026-01-21 , 09:13

Mədənçilik, bərpaolunan enerji, süni intellekt və məlumat mərkəzləri xarici investisiyaların cəlb olunması üçün əsas hədəflərdir.

Yenilik.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.
Mədənçiliyin nisbətən yeni sahə olduğunu qeyd edən dövlətimizin başçısı bildirib: “Çünki nadir metallarımızın əksəriyyəti son beş və iki il ərzində Ermənistanın işğalından azad edilmiş ərazilərdə yerləşir. Hazırda ən müasir texnologiyalardan istifadə etməklə fəal tədqiqat mərhələsindəyik ki, potensialımızı dəqiq müəyyən edək”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.