“Baku Electronics” servisi xarab məhsula görə pul tələb edir – Şikayət

“Baku Electronics”in Əhmədli servis mərkəzinə təmirə ətçəkən Tefal vermişdim. Diaqnoz qoydular ki, dişli çarx xarab olub, 29 manata dəyişdilər. Aprelin 25-i malı alsam da, 26-sı qoşduq. Ətçəkən qığıldayıb-qığıldayıb əti didməyə başladı, sonra tüstülədi. Bu gün apardım servisə, elə durdular ki, üzümə, sanki mən bununla 5 ton ət çəkmişəm. Necə olur ki, 29 manat təmirə alırsan, ay “Baku Electronics”? Sonra da xarab malı düzəlmiş adı ili müştəriyə sırıyırsan”.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul
