“Baku Electronics” servisi xarab məhsula görə pul tələb edir – Şikayət

“Baku Electronics”in servis xidməti düzəldə bilmədiyi məhsula görə müştəridən pul alıb.
“Baku Electronics”in Əhmədli servis mərkəzinə təmirə ətçəkən Tefal vermişdim. Diaqnoz qoydular ki, dişli çarx xarab olub, 29 manata dəyişdilər. Aprelin 25-i malı alsam da, 26-sı qoşduq. Ətçəkən qığıldayıb-qığıldayıb əti didməyə başladı, sonra tüstülədi. Bu gün apardım servisə, elə durdular ki, üzümə, sanki mən bununla 5 ton ət çəkmişəm. Necə olur ki, 29 manat təmirə alırsan, ay “Baku Electronics”? Sonra da xarab malı düzəlmiş adı ili müştəriyə sırıyırsan”.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul

OXŞAR XƏBƏRLƏR