“Rahat” marketdə satılan konfetdən qurd çıxdı – Foto
“Rahat” marketdən alınan konfetin içindən qurd çıxıb.“Bütün hamısının içindən diri qurd çıxdı. Son zamanlar təzə konfet tapmaq olmur. Qurd çıxanını da ilk dəfədir görürəm. Mağazalarda nəsə köhnələn kimi camaata sırımaq üçün endirimə qoyurlar”.
Qeyd edək ki, “Rahat” markerlər şəbəkəsi “ANC Group” MMC-yə məxsusdur.
MMC-nin qanuni təmsilçisi Samir Rafiq oğlu Abdullayevdir.
Qarşı tərəfin mövqeyini öyrənməyə çalısaq da, cəhdlərimiz baş tutmadı.
Marketlər şəbəkəsinin mövqeyini dərc etməyə hazırıq.



