Yenilik.Az
www.Yenilik.Az » Şikayət » “Rahat” marketdə satılan konfetdən qurd çıxdı – Foto

“Rahat” marketdə satılan konfetdən qurd çıxdı – Foto

“Rahat” marketdə satılan konfetdən qurd çıxdı – Foto
2025-11-20 , 15:28

“Rahat” marketdən alınan konfetin içindən qurd çıxıb.

Tribuna-nın məlumatına görə, bu barədə sosial şəbəkədə şikayətçi Səadət Hüseynova yazıb. O bildirib ki, kilo ilə satılan “Step” konfetlərinin hamısının içi qurdlu olub:
“Bütün hamısının içindən diri qurd çıxdı. Son zamanlar təzə konfet tapmaq olmur. Qurd çıxanını da ilk dəfədir görürəm. Mağazalarda nəsə köhnələn kimi camaata sırımaq üçün endirimə qoyurlar”.
Qeyd edək ki, “Rahat” markerlər şəbəkəsi “ANC Group” MMC-yə məxsusdur.
MMC-nin qanuni təmsilçisi Samir Rafiq oğlu Abdullayevdir.
Qarşı tərəfin mövqeyini öyrənməyə çalısaq da, cəhdlərimiz baş tutmadı.
Marketlər şəbəkəsinin mövqeyini dərc etməyə hazırıq.




Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.