Sumqayıtda "zibil səddi": Küçədə hərəkət iflic olur
Sumqayıtda yolun ortasına yerləşdirilən zibil konteyneri ilə bağlı narazılıqlar artmaqdadır.Bundan əlavə, məişət tullantılarının çoxluğu səbəbindən zibillər tez-tez konteynerdən kənara daşır. Nəticədə ərazidə ciddi antisanitar vəziyyət yaranıb.
"Bu gün gəlib zibilləri yığışdırıb getdilər. Lakin bununla məsələ həll olunmur. Yenə də zibil konteyneri yolun ortasındadır və eyni vəziyyət təkrar yaranacaq", - deyə vətəndaş bildirib.
Xatırladaq ki, redaksiyamız bu şikayəti mayın 5-də də işıqlandırılıb.
Vətəndaşlar yenə aidiyyəti qurumlardan mövcud problemin həllini tələb edirlər.
