Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Sumqayıtda "zibil səddi": Küçədə hərəkət iflic olur

Sumqayıtda "zibil səddi": Küçədə hərəkət iflic olur

Sumqayıtda
2026-05-14 , 15:36

Sumqayıtda yolun ortasına yerləşdirilən zibil konteyneri ilə bağlı narazılıqlar artmaqdadır.

Sumqayit24.az-a daxil olan məlumata görə, 10-cu mikrorayon, Məzahir Abdullayev küçəsində tullantı konteyneri yolun hərəkət hissəsinə yerləşdirilib. Belə vəziyyət isə həm nəqliyyat vasitələrinin, həm də piyadaların hərəkətində ciddi çətinliklər yaradır.
Bundan əlavə, məişət tullantılarının çoxluğu səbəbindən zibillər tez-tez konteynerdən kənara daşır. Nəticədə ərazidə ciddi antisanitar vəziyyət yaranıb.
"Bu gün gəlib zibilləri yığışdırıb getdilər. Lakin bununla məsələ həll olunmur. Yenə də zibil konteyneri yolun ortasındadır və eyni vəziyyət təkrar yaranacaq", - deyə vətəndaş bildirib.
Xatırladaq ki, redaksiyamız bu şikayəti mayın 5-də də işıqlandırılıb.
Vətəndaşlar yenə aidiyyəti qurumlardan mövcud problemin həllini tələb edirlər.






Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.