Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sumqayıtda zibil maşını ətrafı çirkləndirir

Sumqayıtda zibil maşını ətrafı çirkləndirir

Sumqayıtda zibil maşını ətrafı çirkləndirir
2025-04-23 , 15:19

Sumqayıtda məişət tullantılarının yığılması və daşınması sakinlər arasında narazılığa səbəb olub.

Sumqayit24.az-a daxil olan məlumata görə, şəhərin 18-ci mikrorayonunda zibil konteynerləri ekskavator vasitəsilə yığılır və üstü açıq “KamAz” markalı yük maşınına boşaldılır. Nəticədə ətrafda antisanitar vəziyyət yaranır.
Mikrorayon sakinlərinin sözlərinə görə, bir müddətdir ki, məişət tullantıları belə daşınır. Zibil boşaldıldıqca ətrafa üfunət qoxusu yayılır. Yük maşını hərəkətə keçəndə isə tullantılar yola səpələnir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.