Qərbi Kaspi Universiteti Almaniya universitetləri ilə əlaqələri genişləndirir

H.Bağırov səfər zamanı Almaniyanın Ebersvalde Tətbiqi Elmlər Universiteti, Brandenburq Texniki Universiteti, Zwickau Tətbiqi Elmlər Universiteti, Yena Tətbiqi Elmlər Universiteti, Maqdeburq-Stendal Tətbiqi Elmlər Universitetinin akademik və inzibati heyəti ilə görüşlərdə birgə elmi tədqiqatlar, tələbə və müəllim mübadiləsi, bir sıra birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.