Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Qərbi Kaspi Universiteti Almaniya universitetləri ilə əlaqələri genişləndirir

Qərbi Kaspi Universiteti Almaniya universitetləri ilə əlaqələri genişləndirir

Qərbi Kaspi Universiteti Almaniya universitetləri ilə əlaqələri genişləndirir
2023-12-20 , 12:30

Qərbi Kaspi Universiteti ilə Almaniya universitetləri arasında əməkdaşlıq əlaqələri genişləndirilir.

Yenilik.az xəbər verir ki, Universitetin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov Almaniyada təqaüdlü təhsil almaq imkanı yaradan akademik mübadilə proqramı – DAAD təşkilatının dəvəti ilə Almaniyada bir sıra universitetlərdə görüşlər keçirib.

H.Bağırov səfər zamanı Almaniyanın Ebersvalde Tətbiqi Elmlər Universiteti, Brandenburq Texniki Universiteti, Zwickau Tətbiqi Elmlər Universiteti, Yena Tətbiqi Elmlər Universiteti, Maqdeburq-Stendal Tətbiqi Elmlər Universitetinin akademik və inzibati heyəti ilə görüşlərdə birgə elmi tədqiqatlar, tələbə və müəllim mübadiləsi, bir sıra birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.