Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » DAAD-nin təqaüd proqramları ilə bağlı məlumat görüşü keçiriləcək

DAAD-nin təqaüd proqramları ilə bağlı məlumat görüşü keçiriləcək

DAAD-nin təqaüd proqramları ilə bağlı məlumat görüşü keçiriləcək
2023-05-13 , 17:19

Qərbi Kaspi Universitetinin tələbə və müəllimləri üçün DAAD-nin ( Almaniyada təqaüdlü təhsil almaq imkanı yaradan akademik mübadilə proqramı) təqaüd proqramları ilə bağlı məlumat görüşü keçiriləcək. 16 may saat 14.00-da olacaq sessiyanı DAAD-ın Tbilisi Regional ofisinin rəhbəri Gebhard Reull aparacaq.
Görüşdə nəzərdən keçiriləcək mövzular:
-DAAD haqqında məlumat
-DAAD-nin magistratura üçün təqaüdləri (hədəf qrup: bütün ixtisaslar-bakalavr 3-cü və 4-cü kurs tələbələri, magistratura tələbələri)
-DAAD-nin alman yay dil kursu təqaüdləri (hədəf qrup: alman dili bacaraqları minimum A2 səviyyədə olan 2-ci və 3-cü kurs bakalavr tələbələri; 1-ci kurs magistratura tələbələri)
- Almaniyada tədqiqat
- Research stays (universitet müəllimləri üçün)
Tədbirin dili: İngiliscə, Azərbaycanca
Ünvan: Qərbi Kaspi Universiteti, Biznes və İqtisadiyyat korpusu (Əhməd Rəcəbli 3/21)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.