Abşeron rayonunda yeni inşa edilmiş uşaq bağçası istifadəyə verilib-FOTOLAR+VIDEO
Abşeron rayonunda yeni inşa edilmiş uşaq bağçası istifadəyə verilib-FOTOLAR+VIDEO" class="post-main-photo">
Abşeron rayonunda ümumilikdə 3365 məktəbəqədər yaşlı uşağı əhatə edən 31 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 13-ü son 10 ildə inşa edilərək istifadəyə verilib: Həyata keçirilən tədbirlər sırasında uşaq bağçalarının tikintisi də diqqətdə saxlanılır. Azərbaycanda hər il yeni təhsil müəssisələrinin binasının tikintisi və yaxud təmir-bərpası həyata keçirilir.
Geri qayıt
Abşeron rayonunda yeni inşa edilmiş bağça 280 yerlik və 3 korpusdan ibarətdir. 12 qrup üçün nəzərdə tutulan bağça ilkin mərhələdə 3 qrup üzrə fəaliyyət göstərəcək.
Qeyd edək ki, yeni fəaliyyətə başlayan bağçanın bütün işçi heyəti şəhid və qazi ailələrinin üzvləridir.