Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Abşeron rayonunda yeni inşa edilmiş uşaq bağçası istifadəyə verilib-FOTOLAR+VIDEO

Abşeron rayonunda yeni inşa edilmiş uşaq bağçası istifadəyə verilib-FOTOLAR+VIDEO

Abşeron rayonunda yeni inşa edilmiş uşaq bağçası istifadəyə verilib-FOTOLAR+VIDEO
2024-02-01 , 16:00

Abşeron rayonunda yeni inşa edilmiş bağça 280 yerlik və 3 korpusdan ibarətdir. 12 qrup üçün nəzərdə tutulan bağça ilkin mərhələdə 3 qrup üzrə fəaliyyət göstərəcək. 
Qeyd edək ki, yeni fəaliyyətə başlayan bağçanın bütün işçi heyəti şəhid və qazi ailələrinin üzvləridir. 
Abşeron rayonunda ümumilikdə 3365 məktəbəqədər yaşlı uşağı əhatə edən 31 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 13-ü son 10 ildə inşa edilərək istifadəyə verilib:  Həyata keçirilən tədbirlər sırasında uşaq bağçalarının tikintisi də diqqətdə saxlanılır. Azərbaycanda hər il yeni təhsil müəssisələrinin binasının tikintisi və yaxud təmir-bərpası həyata keçirilir.







Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.