“Tam orta məktəb” layihəsi 2025–2026-cı tədris ilində də davam edir!

“Tam orta məktəb” layihəsi 2025–2026-cı tədris ilində də davam edir!
 Yüksək nəticə – güclü gələcək!
Elm və Təhsil Nazirliyinin 13 sentyabr 2025-ci il tarixli 3-29/3-2-624F/2024 nömrəli əmrinə əsasən, Sumqayıt şəhəri 37 nömrəli tam orta ümumtəhsil məktəbi “Tam Orta Məktəb” layihəsi çərçivəsində fəaliyyətini 2025–2026-cı tədris ilində də uğurla davam etdirir!
⭐ Niyə məhz bu məktəb?
✅ Yalnız yüksək nəticə göstərən şagirdlər üçün!
Bu məktəbdə yalnız Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında 150 və daha yuxarı bal toplamış X və XI sinif şagirdləri təhsil alır.
✅ İxtisaslaşmış və məqsədyönlü dərslər!
Şagirdlərə yalnız seçdikləri ixtisas qrupuna uyğun fənlər tədris olunur – bu da onları imtahanlara daha fokuslu şəkildə hazırlayır.
✅ Peşəkar müəllim heyəti!
Dərslər yüksək akademik göstəricilərə malik, müsahibə yolu ilə seçilmiş təcrübəli müəllimlər tərəfindən aparılır.
✅ Repititorsuz imtahana hazırlaş!
Məktəbdə şagirdlər əlavə hazırlıq olmadan imtahana tam hazırlıq imkanı qazanırlar.
✅ Müntəzəm sınaq və monitorinq!
Şagirdlərin bilik və bacarıqları müntəzəm sınaq imtahanları və nailiyyət izləmə mexanizmi ilə daim izlənilir.
📍 Ünvan: 6-cı mikrorayon, Sumqayıt şəhəri
📝 Qeydiyyat üçün: Aşağıdakı linkə keçid edərək məlumatlarınızı daxil edin və seçim imkanı qazanın! 
Qeydiyyat üçün linkə keçid edin: 👇
 https://forms.office.com/r/71Y2L5PR3L
Geri qayıt