“Tam orta məktəb” layihəsi 2025–2026-cı tədris ilində də davam edir!

Yüksək nəticə – güclü gələcək!
Elm və Təhsil Nazirliyinin 13 sentyabr 2025-ci il tarixli 3-29/3-2-624F/2024 nömrəli əmrinə əsasən, Sumqayıt şəhəri 37 nömrəli tam orta ümumtəhsil məktəbi “Tam Orta Məktəb” layihəsi çərçivəsində fəaliyyətini 2025–2026-cı tədris ilində də uğurla davam etdirir!


Bu məktəbdə yalnız Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında 150 və daha yuxarı bal toplamış X və XI sinif şagirdləri təhsil alır.

Şagirdlərə yalnız seçdikləri ixtisas qrupuna uyğun fənlər tədris olunur – bu da onları imtahanlara daha fokuslu şəkildə hazırlayır.

Dərslər yüksək akademik göstəricilərə malik, müsahibə yolu ilə seçilmiş təcrübəli müəllimlər tərəfindən aparılır.

Məktəbdə şagirdlər əlavə hazırlıq olmadan imtahana tam hazırlıq imkanı qazanırlar.

Şagirdlərin bilik və bacarıqları müntəzəm sınaq imtahanları və nailiyyət izləmə mexanizmi ilə daim izlənilir.


Qeydiyyat üçün linkə keçid edin: 

OXŞAR XƏBƏRLƏR