Qərbi Kaspi Universitetinin komandası 1500$ mükafat qazandı

Qərbi Kaspi Universitetinin komandası 1500$ mükafat qazandı Qərbi Kaspi Universitetinin “Labrix” komandası Avropanın aparıcı innovasiya
platformalarından olan Tenity və Rəqəmsal İnkişaf Agentliyinin (IDDA) birgə təşkil
etdiyi Fintech Hackathonda uğurla iştirak edib.

Komandamızın üzvləri - Aysu Məhərrəmova, Mübariz Hüseynzadə və Tuncay Əliyev –
3 gün ərzində intensiv şəkildə çalışaraq innovativ fintech həlli təqdim edib və münsiflər
heyəti tərəfindən ll yerə layiq görülüb. Qalib komanda 1500$ mükafat qazanıb.

Tələbələrimizi təbrik edir, gələcək layihələrində uğurlar arzulayırıq!

Geri qayıt