Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Qərbi Kaspi Universitetinin komandası 1500$ mükafat qazandı

Qərbi Kaspi Universitetinin komandası 1500$ mükafat qazandı

Qərbi Kaspi Universitetinin komandası 1500$ mükafat qazandı
2025-11-26 , 15:25

Qərbi Kaspi Universitetinin “Labrix” komandası Avropanın aparıcı innovasiya

platformalarından olan Tenity və Rəqəmsal İnkişaf Agentliyinin (IDDA) birgə təşkil
etdiyi Fintech Hackathonda uğurla iştirak edib.

Komandamızın üzvləri - Aysu Məhərrəmova, Mübariz Hüseynzadə və Tuncay Əliyev –
3 gün ərzində intensiv şəkildə çalışaraq innovativ fintech həlli təqdim edib və münsiflər
heyəti tərəfindən ll yerə layiq görülüb. Qalib komanda 1500$ mükafat qazanıb.

Tələbələrimizi təbrik edir, gələcək layihələrində uğurlar arzulayırıq!

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.