"Təfəkkür" Liseyində Beynəlxalq Ana Dili günü münasibətilə tədbir keçirilib

Beynəlxalq Ana Dili Günü münasibətilə Sumqayıt şəhər "Təfəkkür" Liseyində maarifləndirici və yaddaqalan tədbir keçirildi. Tədbirin əsas məqsədi şagirdlərdə ana dilimizə sevgi və hörmət hissini gücləndirmək, onun saflığını qorumağın vacibliyini aşılamaq idi.
Tədbirdə şagirdlər ana dilimizə həsr olunmuş şeirlər səsləndirdilər, səhnəciklər nümayiş etdirdilər və dilimizin zənginliyini əks etdirən maraqlı təqdimatlarla çıxış etdilər.
Sonda vurğulandı ki, ana dilimizi qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur.
Geri qayıt