Yenilik.Az
www.Yenilik.Az » Təhsil » "Təfəkkür" Liseyində Beynəlxalq Ana Dili günü münasibətilə tədbir keçirilib

"Təfəkkür" Liseyində Beynəlxalq Ana Dili günü münasibətilə tədbir keçirilib

2026-02-20 , 17:12

Beynəlxalq Ana Dili Günü münasibətilə Sumqayıt şəhər "Təfəkkür" Liseyində maarifləndirici və yaddaqalan tədbir keçirildi. Tədbirin əsas məqsədi şagirdlərdə ana dilimizə sevgi və hörmət hissini gücləndirmək, onun saflığını qorumağın vacibliyini aşılamaq idi.
Tədbirdə şagirdlər ana dilimizə həsr olunmuş şeirlər səsləndirdilər, səhnəciklər nümayiş etdirdilər və dilimizin zənginliyini əks etdirən maraqlı təqdimatlarla çıxış etdilər.
Sonda vurğulandı ki, ana dilimizi qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.