“İmam Hüseynə görə Məhərrəm ayında toy etməmək doğru deyil”
“Nə Ramazan, nə də Məhərrəm ayında toyların olub-olmaması barədə “Qurani-Kərim”də, hədislərdə heç bir göstəriş yoxdur. Bunu hələ 2021-2022-ci illərdə də demişəm. İslamda hər hansı ayda toy olmaması barədə ümumi şəkildə heç bir hökm yoxdur. Bu, şiələrin başqa müsəlmanlardan seçilmək üçün ortaya qoyduqları bir məsələdir.
Bu sözləri Pravda.az-a müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyev deyib.
O bildirib ki, Ramazan ayında toy edilməməsini başa düşmür: “Deyirlər ki, guya toyda içki içəcəklər, bu da müsəlmana olmaz. Onsuz da, nəinki Ramazanda, müsəlmana heç vaxt içki içmək olmaz. Ramazan ayında axşam iftardan sonra toy etmək bütün ərəb ölkələrində ən böyük savab hesab olunur. Belə toyları həm Birləşmiş Ərəb Əmirliklərində, Suriyada, Misirdə, həm də İraqda oxuyarkən dəfələrlə görmüşəm. Axşam iftardan sonra toylarını edirlər, gecə saat 3-4-ə qədər yatmırlar. Yeyib-içirlər, gəzirlər, söhbət edirlər... Bu da savabın bir hissəsidir. Ramazan ayında evlənmək cavanlar üçün şərəf sayılır ki, mübarək ayda ailə qurublar. Bu ailənin gələcəyi daha uğurlu ola bilər. Məhərrəm ayında isə dəqiq bilmirik ki, İmam Hüseyn nə vaxt qətlə yetirilib. Qəməri təqvimlə Günəş təqvimi arasında 10 gün fərq var. Hər il bütün müsəlman tədbirləri 10 gün geriyə çəkilir. Belə olduğu halda nə Məhəmməd Peyğəmbərin anadan olduğu günü dəqiq bilirik, nə də digər səhabələrin yas günlərini”.
R.Əliyev deyib ki, Ramazan və Məhərrəm aylarında toy etməmək adət halını alıb: “Sovet dönəmində insanlar bir yerə toplaşmaqda çətinlik çəkirdilər. Ona görə də bu adətləri saxlayıb, indi ortaya çıxarıblar. Sovet dövründə belə şeylər yox idi, kim istəyirdisə, toyunu edirdi, problem olmurdu. Daxilən razılıq verirəm ki, müsəlmanların İmam Hüseynə olan məhəbbətlərinin xatirinə Aşura günü toy olmaya bilər. Amma Məhərrəm ayında bütün qalan günlər kim istəsə, toyunu edə bilər. Xalqımızın arasında həm şiələr, həm sünnilər var. Biz şiəyiksə, niyə sünniləri toy etməkdən məhrum etməliyik? Onların belə bir problemləri yoxdur. İmam Hüseynin ölümünə, onun şəxsiyyətinə sünnilərin də hörmətləri var. İmam Hüseynin ölümünə narahat ola bilərlər, amma şiələrin qayda-qanunlarına tabe olmağa məcbur deyillər. Sünniləri Ramazanda, Məhərrəm ayında toy etməməyə məcbur etmək olmaz. Bütün bunlar insanların fikirləşib ortaya çıxardıqları məsələlərdir. Bu, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının verdiyi fətvasıdır, qeyri-qanunidir. Əslində, İslamda iyerarxiya yoxdur. Kimsə molla, yaxud molladan bir az böyük olsun - İslamda belə şeylər yoxdur. İnsanlar sərbəst şəkildə toy edə bilərlər. Onlar bununla heç bir günah işlətmiş olmurlar. Toy etdikləri üçün insanlara heç bir cəza tədbiri də tətbiq olunmayacaq. Bütün bu mövhumat məsələrini ortaya qoymaq lazım deyil. Qazilər Şurası səhv qərar verib, belə qərar verməli deyil. Bu, onların səlahiyyətlərində deyil. Qazilər Şurası ictimai təşkilatdır. İctimai təşkilat cəmiyyətə öz iradəsini yeridə bilməz. Bunu da nəzərə almaq lazımdır. Kim sənə toyu qadağan edir? Buna səlahiyyəti varmı? Yoxdur. Əsas məsələ də budur”.
OXŞAR XƏBƏRLƏR

MİLLİ MEDİASİYA QANUNVERİCİLİYİNDƏ VƏ TƏCRÜBƏSİNDƏ İNFORMASİYA HÜQUQLARI: İLKİN ELMI YANAŞMA ÜZRƏ BƏZİ QEYDLƏR
İlham Əliyev Prezidentin Laçın üzrə xüsusi nümayəndəsini qəbul etdi
Ramazan ayının başlanması ilə əlaqədar fətva verildi
İsfəndiyar Axundovun adı yenə GÜNDƏMDƏ 2026-06-03 , 16:27
Zeynəb Xanlarova uzun aradan sonra belə görüntüləndi - FOTO 2026-06-03 , 16:26
Hiss Saçlarını qırxdırıb bu hala qoydu - Fotolar 2026-06-03 , 16:22
Əli Əhmədovun baş həkim təyin edilən oğlu ilə bağlı yeni detal üzə çıxdı 2026-06-03 , 16:15
Nəsrin botoks iddialarına cavab verdi 2026-06-03 , 16:06
Tanınmış aparıcı “Space”dəki işindən ÇIXARILDI 2026-06-03 , 16:03
Botoks etdirən qadının üzü bu hala düşdü – Foto 2026-06-03 , 15:55
Mehriban Abasquliyeva xəstəxanaya yerləşdirildi 2026-06-03 , 15:53
Xamenei və Tramp görüşəcək 2026-06-03 , 15:52
"Qurban bayramını qəbul etmirəm, ət yemirəm" - VİDEO 2026-06-03 , 15:48
Sibel Can evlənir - Toy Mayamidə olacaq 2026-06-03 , 15:35
Yelena Sidorenko ikinci dəfə ana oldu 2026-06-03 , 15:34
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir 2026-06-03 , 15:32
Məcburi köçkün statusu - Yenidən tənzimlənir 2026-06-03 , 15:31
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu 2026-06-03 , 15:28
“Azərbaycan vətəndaşları bu gündən etibarən yeni hüquqi kimlik qazanırlar” 2026-06-03 , 15:26
Prezident Mərkəzi Bankın yeni binasının açılışında - Fotolar 2026-06-03 , 15:25
Tacir qalmaqallı görüntüsündən danışdı: “Baldırım açıq deyildi" 2026-06-02 , 18:12
Qayınata gəlinini evə çağırıb, kartını almaq istəyibmiş 2026-06-02 , 18:05
Prezidentin yüksək vəzifə verdiyi Lalə Abdullayeva kimdir? - DOSYE 2026-06-02 , 17:57
Xoşqədəm Hidayətqızı Seda Sayanın verilişində ağladı - VİDEO 2026-06-02 , 17:53
Prezidentdən Lalə Abdullayeva ilə bağlı SƏRƏNCAM 2026-06-02 , 17:38
Bank Respublika məhkəməyə verildi 2026-06-02 , 15:16
TƏBİB-də 6 rəhbər şəxs vəzifəsindən azad edildi - SİYAHI 2026-06-02 , 15:14
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi 2026-06-02 , 15:08
İqtisadçıdan ADY rəhbərinə irad: “O planı kim qurmalı, tərtib etməlidir? Mən?” 2026-06-02 , 15:06
AAYDA Yeni Günəşlinin yollarına yamaq vurub getdi – Foto 2026-06-02 , 14:52
Leyla Əliyeva oğlu ilə toyda - Video 2026-06-02 , 14:50
Anar Bağırov Sloveniyada beynəlxalq tədbirlərdə iştirak edib - FOTO 2026-06-02 , 14:48
Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı 2026-06-02 , 14:47
"Space TV"dən aparıcının maaş almaması iddialarına - Cavab 2026-06-02 , 14:42
Əminə Şirin: "Mənim başıb xarabdır, qanım xarab deyil" - VİDEO 2026-06-02 , 14:37
Nüşabənin açıq-saçıq geyimi bəyənilmədi, söyüş yağdırdı - VİDEO 2026-06-02 , 14:33
“Niyə ceyranın balası doğulan kimi qaça bilir, insan övladı YOX?" 2026-06-02 , 14:31
"İndi oğlanlar da kasıb qızla evlənmək istəmir" - VİDEO 2026-06-02 , 14:29
Məşhur teleaparıcı istefa verdi - Səbəbini özü açıqladı - VİDEO 2026-06-02 , 14:14
Pünhanın nişan görüntüləri MÜZAKİRƏ YARATDI - VİDEO 2026-06-02 , 14:08
“60 yaşı var…” – Tacir Şahmalıoğlu geyiminə görə tənqid olundu 2026-06-01 , 20:25
“Bizə pis məsləhət vermək istəyənlərə qulaq asmadıq” - Prezident 2026-06-01 , 20:22
“Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu” 2026-06-01 , 20:21
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - Fotolar - Yenilənib 2026-06-01 , 20:20
İlham Əliyev ABŞ dövlət katibinin köməkçisinə Donald Trampdan aldığı hədiyyəni göstərdi - VİDEO 2026-06-01 , 20:18
Tacir Şahmalıoğlu Bakıdan köçür 2026-06-01 , 20:11
“Hünər-İnşaat”ın fəhlələri Zəngilanda yolu bağladı - "Pulumuzu verin" 2026-06-01 , 20:11
“Qonşularınızın qonşuları ilə də yaxşı münasibətlər qurmalısınız” 2026-06-01 , 20:05
“Araz” supermarketlər şəbəkəsi “Ümid yeri” uşaq sığınacağını ziyarət edibVİDEO 2026-06-01 , 16:06
Roza Zərgərli Kadırovla görüşdü - FOTOLAR 2026-06-01 , 16:05