Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » QARABAĞDAN GEDƏN YEVRİYAN: AFTANDİL İSRAFİLOV DOSTUM İDİ…

QARABAĞDAN GEDƏN YEVRİYAN: AFTANDİL İSRAFİLOV DOSTUM İDİ…

QARABAĞDAN GEDƏN YEVRİYAN: AFTANDİL İSRAFİLOV DOSTUM İDİ…
2023-09-25 , 13:16

“Ermənilərlə azərbaycanlıların sülh şəraitində yaşamalarını arzu edirəm”.

Tribunainfo.az xəbər verir ki, bunu Samvel Yevriyan Laçında Ermənistana yola düşməmişdən qabaq jurnalistlərə açıqlamasında bildirib.
“Azərbaycanlılarla bir yerdə yaşamaq niyə mümkün deyil ki? Əlbəttə ki, mümkündür! Mənim yüzlərlə azərbaycanlı dostum var idi. Biz birlikdə çalışmışıq”, – o, iki xalqın bir yerdə yaşamasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, hələ sovet illərində Bakıda tamaşada iştirak edib: “Azərbaycandan olan sənətçi dostlarımla görüşməyi çox istərdim. Avtandil İsrafilov (mərhum qarmon ifaçısı, Azərbaycanın Xalq artisti) mənim yaxın dostum idi. O, Zeynəb Xanlarova və ansamblı ilə Xankəndidə konsertdə olub. Azərbaycanlılarla çox sıx münasibətlərim var idi”.
O əlavə edib ki, A.İsrafilov onun İrəvan və Xankəndidəki evlərində olub.
S.Yevriyan Qarabağda yaşamadığını, burada işlədiyini, buraya ildə bir neçə dəfə fasilələrlə gəlib-getdiyini və buranı öz arzusu ilə tərk etdiyini vurğulayıb.





Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.