Yenilik.Az
www.Yenilik.Az » Dünya » Zərif helikopter qəzası ilə bağlı ABŞ-ı günahlandırdı

Zərif helikopter qəzası ilə bağlı ABŞ-ı günahlandırdı

Zərif helikopter qəzası ilə bağlı ABŞ-ı günahlandırdı
2024-05-20 , 18:21

İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif prezident İbrahim Rəisinin ölümünə səbəb olan helikopter qəzası ilə bağlı ABŞ-ı günahlandırıb.

Məhəmməd Cavad Zərif yerli mediaya bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarına baxmayaraq, Birləşmiş Ştatlar İrana təyyarə, helikopter və ehtiyat hissələrinin satışını qadağan edib.
"Bu hadisə ABŞ-ın İrana qarşı cinayətləri siyahısına daxil ediləcək. Prezidentin helikopterinin qəzaya uğraması ilə bağlı faciədə ABŞ günahkardır", - deyə Zərif bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.