Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Azərbaycan əleyhinə şərh edilə bilməz

Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Azərbaycan əleyhinə şərh edilə bilməz

Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Azərbaycan əleyhinə şərh edilə bilməz
2023-07-08 , 22:11

Azərbaycanın Laçın yolunda quraşdırdığı sərhəd-buraxılış məntəqəsi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ermənilərin kürkünə birə salıb.

Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulmasının guya qanunsuz olduğuna dair və Azərbaycan Respublikasının bütün Silahlı Qüvvələrinin Laçın yolundan çıxarılması tələbi ilə bağlı qaldırdığı vəsatətləri rədd edib.
Beləliklə, BMT-nin ali ədliyyə orqanı olan Beynəlxalq Məhkəməsi Ermənistanın sərhəd-buraxılış məntəqəsi təsis edilməsinin qanunsuz hesab olunması tələbinin yer aldığı iddiasını təmin etməyib.
Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinə sözügedən vəsatətlə bağlı 12 may 2023-cü il tarixində müraciət etmişdi.
Onu da xatırladaq ki, Azərbaycan “Laçın” sərhəd-buraxılış məntəqəsini aprelin 23-də Həkəri çayı üzərindəki körpüdə qurub.
Ermənistan və havadarları özlərinə əl qataraq qərarı öz xeyirlərinə yozmaq istəyirlər. Lakin erməni təbliğatına baxmayaraq çıxarılan qərar Azərbaycanın suveren hüququnun beynəlxalq məhkəmə müstəvisində qəbul olunmasından başqa bir şey deyil.
Qəbul edilən qərar heç bir halda Azərbaycan əleyhinə şərh edilə bilməz, ancaq nə edək ki, erməni diplomatiyası və propaqandası məğlubiyyəti qəbullanmaq istəmir.
Təbii ki, Azərbaycan suveren hüquqları çərçivəsində ermənilərin Laçın postundan maneəsiz gediş-gəlişinə şərait yaradır və yaradacaq. Lakin qanun pozuntuları olanda da cəza mexanizmlərini tətbiq edəcək.
Yəni qanun Ermənistandan Qarabağa gedib-gələn ermənilər üçün müstəsna imtiyazlar tanımır.
Erməni təbliğatındakı tezislər darmadağın olur, çünki faktlar, videolar, çəkilişlər göstərir ki, Azərbaycan sərhəddən keçidə maneə yaratmır. Sadəcə, buraxılış məntəqəsindəki rejim sərhəd yoxlanışı prosedurları əsasında fəaliyyət göstərir ki, burada da qanunsuz heç bir şey yoxdur.
Azərbaycanın suveren hüquqlarının beynəlxalq tövsiflə izah edilməsi Beynəlxalq Ədalət Məhkəməsinin qərarında aydın görünür.
Qərarın izahı zamanı qeyd edə bilərik ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistana Azərbaycanın daxili işinə qarışmaqdan çəkinməyə işarə edir.
Bu, təkcə Ermənistana deyil, onun dostu Fransaya qarşı da ciddi siqnal olmalıdır. Onsuz da, Fransanın Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində rolu yoxdur. Yəni Bakı ona fürsət vermir ki, çirkli gündəliyini sülh proqramına salsın.
Beynəlxalq Ədalət Məhkəməsinin qərarından sonra isə Fransa da nəyisə başa düşməlidir. Başa düşməsə də, özü bilər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.