Yenilik.Az
www.Yenilik.Az » Dünya » Putin Möhbərlə telefonla danışdı

Putin Möhbərlə telefonla danışdı

Putin Möhbərlə telefonla danışdı
2024-05-20 , 18:34

Rusiya Prezidenti Vladimir Putin hazırda İran Prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Möhbərlə telefonla danışıb.

Bu barədə məlumatı Kreml yayıb.
Putin söhbət zamanı İran Prezidenti İbrahim Rəisi və digər yüksəkvəzifəli şəxslərin helikopter qəzasında həlak olması ilə bağlı başsağlığı verib. 
Rusiya lideri qeyd edib ki, İbrahim Rəisini yaxşı tanıyıb və onu etibarlı tərəfdaş olaraq qiymətləndirib. O, Rəisinin Rusiya və İran arasında dostluq münasibətlərinin inkişafına töhfə verdiyini də vurğulayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.