"Vüqar Qurbanov təcili yardımı çökdürüb..." - Sabiq baş həkimdən şok ittihamlar
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Rauf Nağıyev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) məhkəməyə verib.
Məsələ ilə bağlı Bakupost.az -a danışan Rauf Nağıyev sensasion açıqlamalr verib. O bildirib ki, bir neçə dəfə TƏBİB-ə təcili yardımla bağlı problemlərin həll edilməsi üçün təkliflər verib. Həmin təklifləri nəzərə almaq əvəzinə, onun özünü vəzifədən uzaqlaşdırıblar:
"Bakıda əhalinin sayı artıb. Təbii olaraq, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən çağırışların da sayı artıb. Poliklinikalar düzgün işləmir, xəstəxanalar bərbad vəziyyətdədir. Bunları gücləndirmək lazımdır ki, bütün güc təcili yardıma düşməsin. Bütün bu çətinliklərə baxmayaraq, mən neçə vaxtdır ki, 140 briqada ilə bu qədər çətin işin öhdəsindən gəlirdim. Hətta pandemiya vaxtı da işimin öhdəsindən məharətlə gəldim. İkinci Qarabağ müharibəsi zamanı 38 briqadanı cəbhəyə göndərdilər. Orada da hər kəs bu briqadanın işindən danışdı. Mənim briqadama əsgərlər əl çalıblar ki, həkimlər gəliblər. Onların cəbhə bölgəsində yaralı əsgərlərə vaxtında tibbi yardımın göstərilməsində müstəsna xidmətləri var. Mən Əməkdar həkim, səhiyyə əlaçısı, Müdafiə Nazirliyinin təşəkkürnaməsini alan, Vətənə layiqincə xidmət edən həkiməm. Bütün bunlara baxmayaraq, bir aydır ki, məni Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasındakı işimdən uzaqlaşdırıblar. Mənim əməyim niyə qiymətləndirilmədi? Bunlar nə edib, nə yaradıblar? Avtobazanı? 103-lə 113-ü birləşdiriblər, çabalıyırlar, hələ də bir iş görə bilməyiblər"
R.Nağıyev qeyd edib ki, o, işdən uzaqlaşdırdığı müddət ərzində təcili yardımın işi çöküb:
"Bir-iki aya əhali bunun nəticəsini görəcək. Tədricən təcili yardımın işi tamam çökəcək. Çünki texniki bazası yoxdur, köhnə bazanın üstündə işləyir. Artıq orada zəncir qırılıb. Hər kəs işə müdaxilə edir. İş qalıb qıraqda, bunlar çək-çevirlə məşğuldurlar. Təsərrüfat işi ilə məşğul olmaq işin təşkili deyil. İşin təşkili briqadaların sayının artırılması və əhaliəyə vaxtında keyfiyyətli xidmətin göstərilməsidir. Dəfələrlə təkliflər yazıb təqdim etmişəm ki, hansı tədbirlər görülməlidir. Ancaq qəbul olunmayıb. Nə deyirdim, cavab bu olurdu ki, olacaq, eləyəcəyik. Axı bununla iş getmir. Bir gün orada hansısa qəza baş versə, necə olacaq, vəziyyətdən necə çıxacaqlar?”
Sabiq baş həkim deyir ki, o, heç bir əsas olmadan vəzifəsindən uzaqlaşdırılıb:
“Mənin 63 yaşım var. 70 yaşına kimi işləyə bilərdim. Amma məni "əmək müqaviləsinin müddəti bitib" bəhanəsi ilə işdən uzaqlaşdırdılar. Ayın 14-ü işimə xitam verib, 15-i ünvanıma göndəriblər, 20-si də məktub mənə çatıb. Bildiriblər ki, gəlib əmək kitabçamı götürüm. Əmək Məcəlləsinə görə, mən hələ fəaliyyətimi davam etdirməliydim. Əgər müqavilənin müddəti bitmişdisə və mən işdən azad olunacaqdımsa, iki ay öncədən mənə məlumat verilməliydi. İkincisi, mənə işdən azad olunmağımın səbəbi deyilməli idi. Əsas göstərilməliydi ki, məni hansı səbəbdən işdən azad ediblər. Əmək müqaviləsinin müddətinin uzadılmamasının səbəbi də deyilməli idi. Mənim kifayət qədər iş stajım var. Hansı əsasla mənə iş stajı müddəti qoyulur? Onların mənə müddət qoymağa heç bir ixtiyarları yoxdur axı. 2015-ci ildən mən bu işdə çalışıram. Nə olsun ki, müəssisənin tabeçiliyi dəyişdirilib. Axı o həmin müəssisədir, mən həmin işdə və həmin işçilərlə çalışıram. Onların etdikləri qanunsuzluqdur, məmur özbaşınalığıdır. Qanunları bilmirlər. Müəssisəni Müşahidə Şurasının qərarı ilə birləşdiriblər. Bütün bunlar Baş nazirin müvafiq əmri, Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyinin razılığı ilə həyata keçirilməlidir. Belə-belə insanları məhv edirlər. Həkimi işə götürür, müddət qoyrlar, istədiklərinə iş verir, istədiklərini çıxarırlar. Mən hazırda işsizəm”.
Rauf Nağıyevin dediyinə görə, ölkənin pandemiyadan çıxmasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının böyük xidmətləri olub:
“Pandemiya vaxtı qapıları bağlayırdılar, xəstələri götürmürdülər. Amma biz həmin dövürdə əhalini vəziyyətdən çıxarmaq üçün rayonlardan xəstə daşıyırdıq. O dövrdə xəstəxanalardan nələr baş verdi, kimlər tutuldu, hamınız gördük, amma bizim heç bir qüsurumuz olmadı. Saatlara xəstə qalırdı maşında, oksigen balonları daşıyırdım ki, xəstələr boğulmasın. Hələ o zaman min problem yaradırdılar. Azərbaycan dövlətinin qanunları qalıb kənarda, bunlar öz “qanunları” ilə işləyirlər. Əgər TƏBİBin icraçı direktoru Vüqar Qurbanov öz işini qiymətləndirsəydi, mənim işimə toxunmazdı”.
Rauf Nağıyev qeyd edib ki, o, illər öncə 20 Yanvar hadisələri, 1994-cü il martın 19-u və iyulun 3-də Bakı metropolitenində baş verən partlayış, Binəqədi rayonu ərazisində binanın yanması, Birinci və İkinci Qarabağ müharibələri zamanı xidmət göstərib:
“Hətta bir neçə dəfə Prezident öz çıxışlarında təcili yardımın işindən, səmərəli fəaliyyətindən danışıb. Bizim briqada ölkədə təşkil olunan mötəbər yarışlar, olimpiadalar, tədbirlər zamanı səmərəli fəaliyyət göstərib. O vaxt mən Bakı Baş Səhiyyə İdarəsində müavin işləyəndə nazir məni çağırıb dedi ki, ölkədə olimpiada keçiriləcək, təcili yardım pis vəziyyətdədir. Get oranı toparla, biabır olmayaq. Mən cəmi bir aya təcili yardımı qaydasına saldım. Bir aya mən orada az qala hərbi qayda-qanun yaratdım. O boyda işlərin öhdəsindən gəldim. Əgər işim, fəaliyyətim pis idisə, niyə o vaxt TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov yeni təyin olunanda məni işdən çıxarmadı. Üstündən bu qədər müddət keçdikdən sonra çıxardı. Mən bu adamı əvvəldən tanıyırdım. Kiminsə kimdən xoşu gəlmir, dostudur, dostu deyil, şəxsən bəyənmir, müsbət və ya mənfi tərəfə fikirləri var, bu, şəxsi məsələlərdir. Şəxsi məsələləri işə qatmaq düzgün deyil. Şəxsi münasibətlər başqa, iş münasibətləri başqadır. Bunları bir-birinə qatmaq olmaz. Mənim də çox adamla dostluğum var, çox adamla gərginliyim olub. O başqa məsələdir, onun işə dəxli yoxdur. İşdə qanunlar, Əmək Məcəlləsi işləməlidir, şəxsi maraqlar yox. Ancaq bunlar özbaşına işlər görürlər. Ona görə də haqqımı məhkəmə qaydasında müdafiə edəcəyəm”.

Azərbaycanda yeni rayon YARADILDI
DİM buraxılış imtahanında iştirak edəcək şagirdlərə müraciət edib
İlham Əliyev “Euronews”a müsahibə verib - Video
Anar Bağırov: “Vəkil seçərkən şou verilişlərinə baxıb qərar verməyin”
MİLLİ MEDİASİYA QANUNVERİCİLİYİNDƏ VƏ TƏCRÜBƏSİNDƏ İNFORMASİYA HÜQUQLARI: İLKİN ELMI YANAŞMA ÜZRƏ BƏZİ QEYDLƏR
Hikmət Hacıyev: "Ermənistan məqsədli şəkildə sülh müqaviləsini imzalamaqdan yayınır və vaxt udmağa çalışır"
İsfəndiyar Axundovun adı yenə GÜNDƏMDƏ 2026-06-03 , 16:27
Zeynəb Xanlarova uzun aradan sonra belə görüntüləndi - FOTO 2026-06-03 , 16:26
Hiss Saçlarını qırxdırıb bu hala qoydu - Fotolar 2026-06-03 , 16:22
Əli Əhmədovun baş həkim təyin edilən oğlu ilə bağlı yeni detal üzə çıxdı 2026-06-03 , 16:15
Nəsrin botoks iddialarına cavab verdi 2026-06-03 , 16:06
Tanınmış aparıcı “Space”dəki işindən ÇIXARILDI 2026-06-03 , 16:03
Botoks etdirən qadının üzü bu hala düşdü – Foto 2026-06-03 , 15:55
Mehriban Abasquliyeva xəstəxanaya yerləşdirildi 2026-06-03 , 15:53
Xamenei və Tramp görüşəcək 2026-06-03 , 15:52
"Qurban bayramını qəbul etmirəm, ət yemirəm" - VİDEO 2026-06-03 , 15:48
Sibel Can evlənir - Toy Mayamidə olacaq 2026-06-03 , 15:35
Yelena Sidorenko ikinci dəfə ana oldu 2026-06-03 , 15:34
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir 2026-06-03 , 15:32
Məcburi köçkün statusu - Yenidən tənzimlənir 2026-06-03 , 15:31
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu 2026-06-03 , 15:28
“Azərbaycan vətəndaşları bu gündən etibarən yeni hüquqi kimlik qazanırlar” 2026-06-03 , 15:26
Prezident Mərkəzi Bankın yeni binasının açılışında - Fotolar 2026-06-03 , 15:25
Tacir qalmaqallı görüntüsündən danışdı: “Baldırım açıq deyildi" 2026-06-02 , 18:12
Qayınata gəlinini evə çağırıb, kartını almaq istəyibmiş 2026-06-02 , 18:05
Prezidentin yüksək vəzifə verdiyi Lalə Abdullayeva kimdir? - DOSYE 2026-06-02 , 17:57
Xoşqədəm Hidayətqızı Seda Sayanın verilişində ağladı - VİDEO 2026-06-02 , 17:53
Prezidentdən Lalə Abdullayeva ilə bağlı SƏRƏNCAM 2026-06-02 , 17:38
Bank Respublika məhkəməyə verildi 2026-06-02 , 15:16
TƏBİB-də 6 rəhbər şəxs vəzifəsindən azad edildi - SİYAHI 2026-06-02 , 15:14
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi 2026-06-02 , 15:08
İqtisadçıdan ADY rəhbərinə irad: “O planı kim qurmalı, tərtib etməlidir? Mən?” 2026-06-02 , 15:06
AAYDA Yeni Günəşlinin yollarına yamaq vurub getdi – Foto 2026-06-02 , 14:52
Leyla Əliyeva oğlu ilə toyda - Video 2026-06-02 , 14:50
Anar Bağırov Sloveniyada beynəlxalq tədbirlərdə iştirak edib - FOTO 2026-06-02 , 14:48
Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı 2026-06-02 , 14:47
"Space TV"dən aparıcının maaş almaması iddialarına - Cavab 2026-06-02 , 14:42
Əminə Şirin: "Mənim başıb xarabdır, qanım xarab deyil" - VİDEO 2026-06-02 , 14:37
Nüşabənin açıq-saçıq geyimi bəyənilmədi, söyüş yağdırdı - VİDEO 2026-06-02 , 14:33
“Niyə ceyranın balası doğulan kimi qaça bilir, insan övladı YOX?" 2026-06-02 , 14:31
"İndi oğlanlar da kasıb qızla evlənmək istəmir" - VİDEO 2026-06-02 , 14:29
Məşhur teleaparıcı istefa verdi - Səbəbini özü açıqladı - VİDEO 2026-06-02 , 14:14
Pünhanın nişan görüntüləri MÜZAKİRƏ YARATDI - VİDEO 2026-06-02 , 14:08
“60 yaşı var…” – Tacir Şahmalıoğlu geyiminə görə tənqid olundu 2026-06-01 , 20:25
“Bizə pis məsləhət vermək istəyənlərə qulaq asmadıq” - Prezident 2026-06-01 , 20:22
“Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu” 2026-06-01 , 20:21
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - Fotolar - Yenilənib 2026-06-01 , 20:20
İlham Əliyev ABŞ dövlət katibinin köməkçisinə Donald Trampdan aldığı hədiyyəni göstərdi - VİDEO 2026-06-01 , 20:18
Tacir Şahmalıoğlu Bakıdan köçür 2026-06-01 , 20:11
“Hünər-İnşaat”ın fəhlələri Zəngilanda yolu bağladı - "Pulumuzu verin" 2026-06-01 , 20:11
“Qonşularınızın qonşuları ilə də yaxşı münasibətlər qurmalısınız” 2026-06-01 , 20:05
“Araz” supermarketlər şəbəkəsi “Ümid yeri” uşaq sığınacağını ziyarət edibVİDEO 2026-06-01 , 16:06
Roza Zərgərli Kadırovla görüşdü - FOTOLAR 2026-06-01 , 16:05