Rus sektorunda “Azərbaycan tarixi”nə etiraz - təfərrüat
Paytaxt məktəblərindən birinin 5-ci sinif şagirdinin valideynləri Elm və Təhsil Nazirliyinə qarşı iddia qaldırıb Azərbaycan tarixinin rus dilində tədris olunmasını istəyirlər...
Bakı İnzibati Məhkəməsində maraqlı məhkəmə prosesi başlayıb. Belə ki, paytaxt məktəblərindən birinin 5-ci sinif şagirdinin valideynləri Elm və Təhsil Nazirliyinə qarşı iddia qaldırıb. Məhkəmə iddiasına hakim Miminat Hacıbəyovaya baxır.Məhkəmədə çıxış edən nazirliyin nümayəndəsi bildirib ki, bu təhsil forması ilə bağlı qərar mövcud qanun və qaydalar əsasında qəbul edilib. Öz növbəsində məhkəmə hər iki tərəfi dinləyib və iddiaları qəbul edib. İddia üzrə Bakı İnzibati Məhkəməsinin növbəti iclası 14 fevrala təyin edilib.
Bəs problem necə həll olunmalıdır? Məlumdur ki, rus sektorunda təkcə azərbaycanlı uşaqlar deyil, rus ailələrində böyüyənlər də var ki, onlara tariximizi Azərbaycan dilində başa düşmək həqiqətən də çətinlik yarada bilər.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Ceyhun Məmmədov deyib ki, belə bir hadisənin baş verməsi düşündürücüdür: “Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin bu məsələ ilə bağlı bəzi məqamlar var ki, onları xüsusi qeyd etmək istərdim. Məsələnin mahiyyəti ondan ibarətdir ki, rus sektorunda təhsil alan şagirdlərin əksəriyyəti Azərbaycan dilini yaxşı bilmirlər. Bu səbəbdən hesab edirəm ki, onların Azərbaycan tarixinin rus dilində deyil, Azərbaycan dilində təhsil alması və bunun nə qədər effektiv olması məsələsi ciddi araşdırılmalıdır. Əgər şagird Azərbaycan dilini yaxşı bilmirsə, onun Azərbaycan dilində tarixi mənimsəməsi məsələsi təhlil edilməlidir. Hesab edirəm ki, məktəblilər eyni zamanda Azərbaycan tarixini rus dilində də öyrənməli və bilməlidirlər. Gələcəkdə informasiya müharibəsində istifadə etmək, bu prosesdə addımlar atmaq üçün tariximizi rus dilində də mənimsəmələri vacibdir. Bu gün ermənilər rus dilində bizə qarşı çox ciddi informasiya müharibəsi həyata keçirirlər. Bu baxımdan bizdə də tariximizi rus dilində bilən mütəxəssislər olmalıdır ki, bu informasiya müharibəsində qələbəmizi təmin edə bilsinlər”.
Təhsil eksperti Kamran Əsədov dedi ki, Azərbaycan Konstitusiyasına əsasən, dövlət dili Azərbaycan dilidir (Maddə 21). Bu dilin qorunması və inkişaf etdirilməsi dövlətin əsas funksiyalarından biridir: “Eyni zamanda, konstitusiyanın 45-ci maddəsi hər bir vətəndaşa öz ana dilində danışmaq, təhsil almaq və ana dilini inkişaf etdirmək hüququnu təmin edir. Təhsil haqqında qanuna görə ölkədə təhsil dövlət dilində aparılır, lakin təhsil rus, ingilis və digər dillərdə də həyata keçirilə bilər. Bununla belə, dövlət dili olaraq Azərbaycan dilinin tədrisi bütün təhsil səviyyələrində məcburidir. Bu hüquqi baza, dövlət dilinin tədrisinin əsasını qoyur və bunun milli kimliyin qorunmasında vacib rolunu vurğulayır.
Hal-hazırda ölkədə ümumtəhsil məktəblərinin bir hissəsi rus sektorunda fəaliyyət göstərir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2024-cü il tədris ilində ölkə üzrə 1.6 milyona yaxın şagird təhsil alır və onların təxminən 10%-i rus bölməsindədir. Bu, minlərlə şagirdin dil baryeri səbəbindən tədris prosesi ilə bağlı çətinliklər yaşaya biləcəyini göstərir.
Rus sektorunda “Azərbaycan tarixi”nin Azərbaycan dilində tədrisi məsələsində əsas müzakirə olunan məqam, rusdilli uşaqların bu materialı tam şəkildə qavramaqda çətinlik çəkə biləcəyidir. Bunun təhsil prosesinə təsiri dünya təcrübəsi ilə müqayisə edilə bilər. Məsələn, Kanadada iki rəsmi dil - ingilis və fransız dilləri var. Fransızdilli məktəblərdə Kanadanın tarixi fransız dilində, ingilisdilli məktəblərdə isə ingilis dilində tədris olunur. Dövlət, hər iki dil qrupunun tarixi və mədəniyyətini anlamaq üçün müvafiq tədris resurslarını təmin edir. Bu yanaşma hər iki dil qrupunun bərabər hüquqlardan istifadə etməsini və təhsilin keyfiyyətli şəkildə təmin olunmasını hədəfləyir. Avropa ölkələrində də oxşar təcrübələr müşahidə edilir. İsveçrədə şagirdlərin fərqli dillərdə təhsil almaq hüququ qorunur və hər bölgənin dil siyasəti təhsil proqramlarına uyğunlaşdırılır. Tarixi və milli kimliklə bağlı fənlər şagirdlərin ana dilində tədris olunur ki, bu da onların materialı daha yaxşı mənimsəməsini təmin edir. Cənubi Koreyada isə təhsil yalnız dövlət dilində həyata keçirilir və bu, cəmiyyətin vahid milli kimlik ətrafında birləşməsinə xidmət edir. Lakin bu yanaşma, ölkədə güclü birdilli siyasət ənənəsinin mövcud olduğu bir şəraitdə mümkündür".
Ekspertin fikrincə, Azərbaycanın təhsil siyasətində dövlət dilinin qorunması əsas prioritetlərdən biridir, lakin dövlətin təhsil hüququnu təmin etmək öhdəliyi də nəzərə alınmalıdır: “Rus sektorunda təhsil alan şagirdlər üçün Azərbaycan tarixi dərsinin Azərbaycan dilində tədrisi onların bu fənni tam mənimsəməsinə mane olursa, bu, təhsil hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Burada əsas məsələ balansın tapılmasıdır. Dövlət dili tədris edilməli və qorunmalıdır, eyni zamanda şagirdlərin tədris materialını tam qavraması üçün onların dillə bağlı ehtiyacları nəzərə alınmalıdır. Bu problemi həll etmək üçün ilk növbədə, “Azərbaycan tarixi” dərsliyi və digər resurslar rus dilində çap edilməlidir. Dərs Azərbaycan dilində tədris olunmağa davam edə bilər, lakin şagirdlər üçün tərcümə edilmiş materialların mövcudluğu onların fənni daha yaxşı mənimsəməsinə imkan verər. Eyni zamanda müəllimlərə ikidilli tədris texnikası üzrə əlavə təlimlər keçirilməlidir ki, onlar rus sektorundakı şagirdlərə materialı daha effektiv şəkildə çatdıra bilsinlər.
Bununla yanaşı, dil dəstəyi proqramları təşkil olunmalıdır. Rusdilli şagirdlər üçün əlavə dil dərsləri təşkil edilə bilər ki, bu da onların Azərbaycan dilində tədris olunan digər fənlərdə də uğurlu olmalarına kömək edər. Bu yanaşma təkcə “Azərbaycan tarixi” fənnində deyil, ümumilikdə təhsil sistemində daha yaxşı nəticələrə səbəb ola bilər.
Xüsusilə problemin həlli üçün maraqlı tərəflər arasında dialoq təşkil olunmalıdır. Valideynlər, müəllimlər, təhsil ekspertləri və dövlət qurumlarının bir araya gələrək bu məsələni geniş müzakirə etməsi, həm dövlət dilinin qorunmasını, həm də şagirdlərin təhsil hüququnun təmin olunmasını təmin edəcək qərarların qəbul edilməsinə şərait yarada bilər".
OXŞAR XƏBƏRLƏR

Prezidentin cavablandırdığı suallar - Tam mətn
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
MİLLİ MEDİASİYA QANUNVERİCİLİYİNDƏ VƏ TƏCRÜBƏSİNDƏ İNFORMASİYA HÜQUQLARI: İLKİN ELMI YANAŞMA ÜZRƏ BƏZİ QEYDLƏR
“Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir”
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
İlham Əliyev “Euronews”a müsahibə verib - Video
Azərbaycanda vəkilliyin inkişafı “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu – 25 il
Zahid Oruc: “Sığorta şirkətlərindən şikayətlərin sayı...” - VİDEO
“Şagirdin yaşına uyğun olmayan mövzuları dərsliyə salmaq...” – Mərdanov gündəm olan dərsdən danışdı
Azərbaycanda yeni rayon YARADILDI
Hikmət Hacıyev: "Ermənistan məqsədli şəkildə sülh müqaviləsini imzalamaqdan yayınır və vaxt udmağa çalışır"
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNDİ
Məktəblərdə dərs saatı dəyişdirilə bilər – Mühüm təklif
Anar Bağırov: “Vəkil seçərkən şou verilişlərinə baxıb qərar verməyin”
İsfəndiyar Axundovun adı yenə GÜNDƏMDƏ 2026-06-03 , 16:27
Zeynəb Xanlarova uzun aradan sonra belə görüntüləndi - FOTO 2026-06-03 , 16:26
Hiss Saçlarını qırxdırıb bu hala qoydu - Fotolar 2026-06-03 , 16:22
Əli Əhmədovun baş həkim təyin edilən oğlu ilə bağlı yeni detal üzə çıxdı 2026-06-03 , 16:15
Nəsrin botoks iddialarına cavab verdi 2026-06-03 , 16:06
Tanınmış aparıcı “Space”dəki işindən ÇIXARILDI 2026-06-03 , 16:03
Botoks etdirən qadının üzü bu hala düşdü – Foto 2026-06-03 , 15:55
Mehriban Abasquliyeva xəstəxanaya yerləşdirildi 2026-06-03 , 15:53
Xamenei və Tramp görüşəcək 2026-06-03 , 15:52
"Qurban bayramını qəbul etmirəm, ət yemirəm" - VİDEO 2026-06-03 , 15:48
Sibel Can evlənir - Toy Mayamidə olacaq 2026-06-03 , 15:35
Yelena Sidorenko ikinci dəfə ana oldu 2026-06-03 , 15:34
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir 2026-06-03 , 15:32
Məcburi köçkün statusu - Yenidən tənzimlənir 2026-06-03 , 15:31
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu 2026-06-03 , 15:28
“Azərbaycan vətəndaşları bu gündən etibarən yeni hüquqi kimlik qazanırlar” 2026-06-03 , 15:26
Prezident Mərkəzi Bankın yeni binasının açılışında - Fotolar 2026-06-03 , 15:25
Tacir qalmaqallı görüntüsündən danışdı: “Baldırım açıq deyildi" 2026-06-02 , 18:12
Qayınata gəlinini evə çağırıb, kartını almaq istəyibmiş 2026-06-02 , 18:05
Prezidentin yüksək vəzifə verdiyi Lalə Abdullayeva kimdir? - DOSYE 2026-06-02 , 17:57
Xoşqədəm Hidayətqızı Seda Sayanın verilişində ağladı - VİDEO 2026-06-02 , 17:53
Prezidentdən Lalə Abdullayeva ilə bağlı SƏRƏNCAM 2026-06-02 , 17:38
Bank Respublika məhkəməyə verildi 2026-06-02 , 15:16
TƏBİB-də 6 rəhbər şəxs vəzifəsindən azad edildi - SİYAHI 2026-06-02 , 15:14
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi 2026-06-02 , 15:08
İqtisadçıdan ADY rəhbərinə irad: “O planı kim qurmalı, tərtib etməlidir? Mən?” 2026-06-02 , 15:06
AAYDA Yeni Günəşlinin yollarına yamaq vurub getdi – Foto 2026-06-02 , 14:52
Leyla Əliyeva oğlu ilə toyda - Video 2026-06-02 , 14:50
Anar Bağırov Sloveniyada beynəlxalq tədbirlərdə iştirak edib - FOTO 2026-06-02 , 14:48
Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı 2026-06-02 , 14:47
"Space TV"dən aparıcının maaş almaması iddialarına - Cavab 2026-06-02 , 14:42
Əminə Şirin: "Mənim başıb xarabdır, qanım xarab deyil" - VİDEO 2026-06-02 , 14:37
Nüşabənin açıq-saçıq geyimi bəyənilmədi, söyüş yağdırdı - VİDEO 2026-06-02 , 14:33
“Niyə ceyranın balası doğulan kimi qaça bilir, insan övladı YOX?" 2026-06-02 , 14:31
"İndi oğlanlar da kasıb qızla evlənmək istəmir" - VİDEO 2026-06-02 , 14:29
Məşhur teleaparıcı istefa verdi - Səbəbini özü açıqladı - VİDEO 2026-06-02 , 14:14
Pünhanın nişan görüntüləri MÜZAKİRƏ YARATDI - VİDEO 2026-06-02 , 14:08
“60 yaşı var…” – Tacir Şahmalıoğlu geyiminə görə tənqid olundu 2026-06-01 , 20:25
“Bizə pis məsləhət vermək istəyənlərə qulaq asmadıq” - Prezident 2026-06-01 , 20:22
“Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu” 2026-06-01 , 20:21
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - Fotolar - Yenilənib 2026-06-01 , 20:20
İlham Əliyev ABŞ dövlət katibinin köməkçisinə Donald Trampdan aldığı hədiyyəni göstərdi - VİDEO 2026-06-01 , 20:18
Tacir Şahmalıoğlu Bakıdan köçür 2026-06-01 , 20:11
“Hünər-İnşaat”ın fəhlələri Zəngilanda yolu bağladı - "Pulumuzu verin" 2026-06-01 , 20:11
“Qonşularınızın qonşuları ilə də yaxşı münasibətlər qurmalısınız” 2026-06-01 , 20:05
“Araz” supermarketlər şəbəkəsi “Ümid yeri” uşaq sığınacağını ziyarət edibVİDEO 2026-06-01 , 16:06
Roza Zərgərli Kadırovla görüşdü - FOTOLAR 2026-06-01 , 16:05