Məhərrəm ayı və Aşura gününün tarixi açıqlandı
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası və səlahiyyətli nümayəndələri məhərrəm ayının başlanması ilə əlaqədar ölkə müsəlmanlarına müraciət edib.
Bildirilib ki, məhərrəm ayının 1-i Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə rəhbərləri Şurasının Fitva şöbəsinin tərtib etdiyi təqvimə, həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, miladi təqvimlə 16 iyun tarixinə, Aşura isə 25 iyun tarixinə təsadüf edəcək.
Müraciətdə qeyd olunub ki, əsrlər boyu Azərbaycan dindarlarının yaddaşında iz qoyan məhərrəm ayının Aşura günü – Peyğəmbərimiz Məhəmməd (s.a.s.) əziz nəvəsi İmam Hüseyn əleyhissalamın ailəsi və səhabələri ilə birlikdə haqsızlığa və zülmə məruz qalaraq şəhadətə yetişməsi dünya tarixində haqq uğrunda dəyanət salnaməsi kimi dəyərləndirilir:
"Qazılar Şurası olaraq dindarlarımıza xatırlatmaq istərdik ki, məhərrəm və səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, qazılar və imamlar AR “Dini etiqad azadlığı haqqında” Qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması icazəli deyildir. Xüsusilə qeyd etmək istərdik ki, Azərbaycan din xadimləri tərəfindən məscidlərdə Vətən sevgisini, milli dəyərlərə sədaqəti, şərəf və ləyaqəti ehtiva edən moizələr və xütbələr oxunmalıdır. Məhərrəmlik dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın, həmçinin 20 yanvar və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etməklə şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləmək bizim vəfa borcumuzdur. Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir, qazılar və səlahiyyətli nümayəndələr öz bölgə məscidlərində görülən tədbirlər barədə tam hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər.
Məhərrəmlik dönəmində önəmli tədbirlərdən biri - Kərbəla şəhidlərinin xatirəsinə qanvermə aksiyası müqəddəs dinimizə layiq olan ən münasib əzadarlıq nümunəsi kimi bilavasitə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə reallaşan və xalq tərəfindən təqdir edilən hadisədir. Ümidvarıq ki, inşallah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında Allah rizası üçün İmam Hüseyn (ə) və əziz şəhidlərin xatirinə ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqların şəfa tapmasına yardımçı olacaqlar. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcəkdir".
OXŞAR XƏBƏRLƏR

Məhərrəm ayının başlayacağı tarix açıqlandı - Aşura bu günə düşür
Laçında bayram ab-havası... - Video + Fotolar
QMİ Ramazan bayramı ilə bağlı fətva VERDİ
Prezidentdən konfrans iştirakçılarına - Müraciət - Yenilənib
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Əhməd İsmayılov MEDİA-nın 5 ildə gördüyü işlərdən danışdı... - MÜSAHİBƏ
Prezident “Kazinform”a müsahibə verdi - TAM MƏTN
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
Günelin atası və qardaşı ilə rəqsi - Video 2026-07-26 , 12:45
Aktrisa Zülfiyyə Qurbanova: "İnsanlar ağrılarımı görüb hücum çəkməsinlər deyə maskalanıram" - VİDEO 2026-07-26 , 12:42
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 2026-07-26 , 12:36
Səidə və Rəqsanə tədbirdə bir araya gəldi – Video 2026-07-26 , 12:33
"Aktyor qalıb kənarda, ancaq ilanı soruşurlar"-Əməkdar artistin səhhəti necədir?-AÇIQLAMA 2026-07-26 , 12:26
Konsertinə gələn körpəyə 7200 manatlıq jest etdi - VİDEO 2026-07-26 , 12:21
Nazirin oxu hədəfdən yayınmadı- Video 2026-07-26 , 12:17
Dənizdə batan Ümid müstəntiq işləyirmiş 2026-07-26 , 12:12
Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verdi 2026-07-26 , 12:10
Coratda 26 yaşlı oğlan dənizdə boğuldu 2026-07-26 , 10:30
Xalq artisti imicini dəyilşdi - VİDEO 2026-07-25 , 15:48
Tramp huşunu itirib yıxıldı - VİDEO 2026-07-25 , 15:35
Elnur Kərimovu sancan ilan öldü, aktyorun vəziyyəti açıqlandı 2026-07-25 , 15:25
Tramp yenidən prezidentliyə namizəd olacaq 2026-07-25 , 15:24
Şəmkirdə 12 yaşlı qız öldürüldü - 16 yaşlı bacısı saxlanıldı 2026-07-25 , 15:19
“Kanalı borcla təhvil almışdıq, maaş ödənişləri mənim hesabıma olub” - Vado Korovin 2026-07-25 , 15:12
Dilara Kazımova "çoban" obrazında - VİDEO 2026-07-25 , 12:41
Əməkdar artisti ilan sancdı 2026-07-25 , 12:25
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü (SİYAHI) 2026-07-24 , 23:35
Əməkdar artist: “Atam sağdır, ya yox, məlumatsızam” - VİDEO 2026-07-24 , 23:28
ETN-nin özəl ali təhsil siyasəti varmı? BQU niyə unudulur? 2026-07-24 , 23:11
“Putin şərtlərini qoyub, Moskva geri çəkilməyəcək” 2026-07-24 , 23:10
Mədəniyyət Nazirliyi AYB-yə qarşı 2026-07-24 , 23:08
Şəmkirdə 12 yaşlı qız bıçaqlanıb öldürüldü 2026-07-24 , 23:02
Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı - VİDEO 2026-07-24 , 22:56
“Space TV“ Vado Korovini günahlandırdı: Kanalı bu vəziyyətə saldı 2026-07-24 , 22:53
Emin Ağalarovun xanımı tərzi ilə göz qamaşdırdı - FOTOLAR 2026-07-24 , 16:52
Aybəniz Haşımova: "Aynişan artıq öz adını yaddaşlara yazdı" - VİDEO 2026-07-24 , 16:22
Prezidentin Türkiyəyə səfir təyin etdiyi şəxs kimdir? – DOSYE 2026-07-24 , 16:05
Prezidentdən FƏRMAN 2026-07-24 , 15:57
"Ölümü aldadıb bu yaşa gəlmişəm" 2026-07-24 , 15:55
Lavrov İrana gedəcək 2026-07-24 , 15:53
85 baş qoyunla yoxa çıxan Ramizin atasından AÇIQLAMA - VİDEO 2026-07-24 , 15:50
“Dr. Gülü”nün daha bir əməliyyat görüntüsü yayıldı - VİDEO 2026-07-24 , 15:44
"Azərbaycan məsələsi. Xəyanətin şəkli olmur" - Mirşahin Ağayevin verilişiVİDEO 2026-07-24 , 15:42
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama 2026-07-24 , 15:38
Bakıda bu universitet BAĞLANIR - Köçürülmə prosesi açıqlandı 2026-07-24 , 15:37
"Space" TV-nin bank hesablarına həbs qoyuldu
Azərbaycan Türkiyəyə yeni səfir təyin etdi 2026-07-24 , 14:30
Dövlət başçısı Rəşad Məmmədovla bağlı sərəncam imzaladı 2026-07-24 , 14:10
Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırıldı - SƏRƏNCAM 2026-07-24 , 14:00
Prezident "Kraudfandinq haqqında" qanunu təsdiqlədi - 6 ay sonra qüvvəyə minəcək 2026-07-24 , 13:50
İcbari tibbi sığorta şəhadətnaməsi elektron formada veriləcək 2026-07-24 , 13:40
Sığorta ödənişləri peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun olaraq ödəniləcək 2026-07-24 , 13:30
Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - Fotolar 2026-07-24 , 08:51
Alimlər uşaqlarda boy artımının ləngiməsinin gizli səbəbini aşkar ediblər 2026-07-24 , 08:49