Etirazçılar “Təqaüdlərimizə toxunma”, “Makron, rədd ol!” şüarları səsləndirirlər.
Polis aksiya iştirakçılarına qarşı dəyənəklərdən, gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edir.
Qeyd edək ki, Fransadakı iğtişaşların növbəti dalğası martın 16-da ölkənin baş naziri Elizabet Born pensiya yaşının 62-dən 64-ə qaldırılmasını elan etdikdən sonra başlayıb. Müvafiq qanun parlamentin aşağı palatasında səsvermədən yan keçməklə qəbul edilib.