Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancdı

Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancdı

Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancdı
2025-07-29 , 14:47

Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancıb.

Bu barədə "qafqazinfo" məlumat yayıb. 
TƏBİB-dən Lent.az-a bildirilib ki, iyulun 28-də ilan sancması səbəbi ilə 2018-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Dərhal zəruri tibbi xidmətlər göstərilən azyaşlıya ilan zəhəri əleyhinə zərdab tətbiq olunub. 
Hazırda azyaşlının müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.