Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Quba sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb

Quba sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb

Quba sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb
2023-05-01 , 13:36

Quba sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.
Yenilik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.
Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən qanunsuz olaraq saxladıqları üç ədəd “Toz” markalı ov tüfəngi və onlara məxsus patronlar aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib.
Fakt üzrə Quba RPŞ-də müvafiq araşdırmalar aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.