Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Salyan regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

Salyan regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

Salyan regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb
2023-04-19 , 16:18

Aprelin 19-da Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Salyan regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

Yenilik.az xəbər verir ki, bu barədə Dövlət Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, hazırda 25 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan yeddisi paytaxtda, digər 18-i isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən və Salyandadır.
Qeyd edək ki, aprelin 18-də Salyan regional “ASAN xidmət” mərkəzi istifadəyə verilib. Prezident İlham Əliyev mərkəzin açılışında iştirak edib.










Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.