Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Yeni tədris ili üzrə birinci siniflərə qəbul başlayır

Yeni tədris ili üzrə birinci siniflərə qəbul başlayır

Yeni tədris ili üzrə birinci siniflərə qəbul başlayır
2023-04-19 , 15:06

Mayın 11-dən 2023-24-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.
Yenilik.az xəbər verir ki, qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.
Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi, tədris digər dillərdə aparılan bölmələrə uşaqların qəbulu ilə bağlı müsahibəyə yazılmaq üçün qeydiyyat, həmçinin Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə I siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat isə mayın 15-i saat 11:00-dan başlayacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.