Yenilik.Az
www.Yenilik.Az » Ölkə » “Arkoz İnşaat Şirkəti” təkzib edir

“Arkoz İnşaat Şirkəti” təkzib edir

“Arkoz İnşaat Şirkəti” təkzib edir
2023-12-16 , 20:21

15 dekabr 2023-cu il tarixində dərc edilmiş məqalədə Naxçıvan Muxtar Respublikasında bir sıra layihələrin icrasında nöqsanlara yol verilməsi qeyd edilmişdir. Həmin məqalədə “Arkoz İnşaat Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra mətndə “Arkoz İnşaat Şirkəti” adlanacaqdır) adı hallandırıldığı üçün bu təkzibin yazılmasına ehtiyac yaranmışdır. Naxçıvan Muxtar Respublikasında hazırda müxtəlif Şirkətlər tərəfindən 58-60 layihə icra edildiyi (bunlardan hazırda Arkoz İnşaat Şirkətinin 12 layihə üzrə işləri davam etdirdiyi), cari ildə bir neçə iri layihənin (Asan Xidmət binası, Heydər məscidi, Sədərək gömrük keçid məntəqəsi) uğurla bitirilərək dövlətimizə təhvil verildiyi halda, məhz Arkoz İnşaat Şirkətinin illər əvvəl qüsursuz icra etdiyi layihələrin saf-çürük edilməsi bir daha Şirkətimizə qarşı məqsədyönlü şəkildə kompaniya aparıldığını sübut edir.

Məqalədə qeyd edilən ittihamlara cavab verilməsindən öncə ümumi kontekstin anlaşılması və ya bu xəbərlərin məhz indi niyə gündəmə gəlməsi baxımından Naxçıvan Muxtar Respublikasında 6 ay öncə təsis edilmiş “Tikilməkdə Olan Layihələrin İdarəedilməsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və onun qanuni təmsilçisi Əhmədov İsmayıl Məmmədəli oğlu barəsində bəzi məlumatların bilinməsini vacib hesab edirik. Xüsusilə qeyd etmək istərdik ki, “Arkoz İnşaat Şirkəti”nə qarşı başlanılmış kompaniyaya məhz sözügedən Cəmiyyətin qanuni təmsilçisi Əhmədov İsmayıl Məmmədəli oğlunun qanunsuz əməllərinin ört-basdır etmək üçün qara yaxma kompaniyasının tərkib hissədir. Əhmədov İsmayıl Məmmədəli oğlunun qanunsuz əməlləri barədə tərəfimizdən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəsinə 01.11.2023 və 15.11.2023-cü il tarixlərində rəsmi məlumat verilmişdir. Müraciətə 17.11.2023-cü il tarixli məktubla cavab verilərək məsələnin həlli ilə bağh aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məsələnin mahiyyəti isə budur ki, “Arkoz İnşaat Şirkəti”nin icra etdiyi tikinti layihələrinə texniki nəzarəti Naxçıvanda inhisarçı olan qeyd edilən Cəmiyyət həyata keçirir. Bildiririk ki, Layihələr üzrə yerinə yetirilmiş işlərin dəyəri “Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq olunması ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 25 may 2021-ci il tarixli, 150 JVeli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına və “FHN TTNDA” sisteminə müvafiq olaraq hesablanmalıdır. Arkoz inşaat Şirkəti tərəfindən müvafiq tikinti obyektləri üzrə yerinə yetirilən işlərə aid sənədlər Nazirlər Kabinetinin qərarına müvafiq tərtib edilərək “Tikilməkdə Olan Layihələrin idarəedilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilsə də belə, İsmayıl Əhmədov tərəfindən icad edilmiş və tamamilə qanuna zidd hesablama metodu tətbiq edilməklə hesablamalar aparılır. Arkoz İnşaat Şirkəti qeyd edilən uydurma hesabat metodunun qəbul edilməsindən imtina etdiyindən sənədlər aylarla imzalanmır. İsmayıl Əhmədova məxsus hesablama metoduna dair sübutlar vardır. Hesab edirik ki, Nazirlər Kabineti və Fövqəladə Hallar Nazirliyi tərəfindən İsmayıl Əhmədovun fəaliyyəti yoxlanılarsa tərəfimizdən yuxarıda istinad edilən halları təsdiq edəcək kifayət qədər sübutlar təqdim edilə bilər. Bu məsələdən xəbər tutan İsmayıl Əhmədov panikaya düşərək aylarla saxladığı və imzalamadığı sənədləri qismən 12 dekabr 2023-cü ildə təsdiq edərək müvafiq orqanlara göndərmişdir . Öncə qeyd edək ki, dövlət məmuru olmasa da belə, dövlət adından danışan İsmayıl Əhmədov tərəfindən media nümayəndələrinin önünə düşərək onları Naxçıvan Muxtar Respublikasına dəvət etməsini və medianı öz çirkin qara yaxma kompaniyasının fəal iştirakçısına çevirməsini, bununla da qeyri-dəqiq və qərəzli, böhtan xarakterli məlumatların yayılmasını təəssüf hissi ilə qeyd edərək, bu məlumatların təkzib edilməsi məqsədilə aşağıdakı halları diqqətinizə çatdırırıq.
1. Arkoz İnşaat Şirkəti tərəfindən inşa edilmiş 14 saylı ümumtəhsil məktəbinin açılışı 2007-ci ildə möhtərəm cənab prezident İlham Əliyev tərəfindən həyata keçirilmişdir. 16 il ərzində heç bir cari təmirə dayandırılmamış məktəb binası statik baxımdan ən sağlam tikililər sırasındadır. 1600 yerlik məktəb binası tikilərkən Sifarişçi tərəfindən şagirdlərin sıxlığı nəzərə alınaraq giriş foyelərinin geniş götürülməsi layihələndirilmiş, statik hesablamalar aparılaraq buna uyğun dəmir-beton konstruksiya işləri icra edilmişdir. Giriş foyesində daşıyıcı aşırımın uzunluğu 12 metr təşkil etmişdir. Binanın daşıyıcı divarlarında və konstruksiyalarında, aşırımlarda və döşəmələrdə hər-hansı çat və ya digər qüsur yoxdur. Giriş foyesindəki daşıyıcı aşırımın vibrasiyası ilə bağlı valideyn müraciəti əsasında Sifarişçi tərəfindən mütəxəssis dəvət edilmiş və vibrasiyanın normativ həddə olduğu müəyyən edilərək daha da azaldılması üçün əlavə sütunların qoyulması barədə təklif verilmişdir. Sifarişçi tərəfindən dəyərinin ödənilməsi şərti ilə həmin işlərin icrası Arkoz İnşaat Şirkətinə həvalə edilmiş və Şirkət tərəfindən keyfiyyətlə icra edilmişdir. Tikilinin tikinti-texniki ekspertizasının aparılmasına etiraz etmirik və əminliklə deyə bilərik ki, qeyd edilən məktəb binası tikinti norma və qaydalarının tələblərinə tam cavab verir. Məktəb binasının qəzalı vəziyyətdə olması barədə mediada gedən qərəzli və əsassız məlumat gələcəyimiz olan uşaqları, valideynləri və cəmiyyətimizi psixoloji təsirə məruz qoyur və bu hal bizi məyus edir. Ümid edirik ki, müvafiq hüquq-mühafizə orqanları cəmiyyətimizi təşvişə salan qeyd edilən böhtan və iftira dolu hallara qiymət verəcəkdir.
Son olaraq onu da qeyd edək ki, əksər layihələrin icrası Sifarişi tərəfindən ödəmələrin edilməməsi səbəbindən yubanmışdır.

Yuxanda qeyd edilənləri və “Media haqqında” Azərbaycan Respublikası Qanununun 19.10-cu maddəsini rəhbər tutaraq xahiş edirik ki, bu Təkzibi onlayn media resursunuzda yayımlayasınız.
“Arkoz İnşaat Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəs Emir Kaçmaz

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.