“Cinemazadeh” “Kontakt Home”u məhkəməyə verdi

Rəqəmsal və məişət texnikası, mebel və tekstil satışı üzrə Azərbaycanın ən böyük mağazalar şəbəkəsindən biri olan “Kontakt Home”un bağlı olduğu “ABC-Telecom” MMC şirkətinə qarşı məhkəmə iddiası qaldırılıb.
Məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatına verilib. Məhkəmə iddiasının müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr səbəbdən qaldırıldığı bildirilir.
Məlumat üçün bildirək ki, “Cinemazadeh” MMC 16.11.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Üzeyir Hacıbəyov, ev 51, m. 20-də yerləşir. MMC-nin qanuni təmsilçisi Axundzadə Cəfər Rafiq oğludur.
Onu da qeyd edək ki, “Cinemazadeh” MMC-yə bağlı olan eyni adlı studiyada filimlər çəkilir və dublyaj olunur. “Cinemazadeh” MMC-nin paytaxtın aparıcı kinoteatrlarına sahib olan “Cinema Plyus” şirkətinin baş direktoru Zaur Darab-zadənin dəstəyi ilə yaradılıb. Daha əvvəl “Cinemazadeh” MMC-yə məxsus olan “cinemazadeh.az” saytının sahibi də Zaur Darab-zadə olub və yalnız bu yaxınlarda Darab-zadə domein adından imtina edib.
Məlumat üçün bildirək ki, “Kontakt Home” mağazalar şəbəkəsi “ABC-TELECOM” MMC-yə məxsusdur. “ABC-TELECOM” MMC (VÖEN- 1401005061) 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 000 manat olan MMC-yə 2020-ci ilə qədər millət vəkili Elnur Allahverdiyev rəhbərlik edib.
OXŞAR XƏBƏRLƏR