Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qəfildən vəfat edən Hacı Şahini kim əvəz edəcək?

Qəfildən vəfat edən Hacı Şahini kim əvəz edəcək?

Qəfildən vəfat edən Hacı Şahini kim əvəz edəcək?
2023-03-03 , 20:17

“Din həm də təhlükəsizlik məsələsidir. Din tarixin bütün dövrlərində cəmiyyətlərin həyatında ciddi rol oynayıb, siyasi proseslərə təsir imkanlarına malik olub. Sovet hakimiyyəti uzun illər dini insanların həyatından çıxarmağa çalışsa da, bu rejimin süqutundan sonra insanların sürətlə dinə qayıdışı həmin siyasətin uğurlu olmadığını göstərdi”.

Yenilik.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov sosial şəbəkə hesabında yazıb.
Millət vəkili ötən gün qəfildən vəfat edən Məşədi Dadaş Məscidinin axundu Hacı Şahin Həsənlidən, habelə onun ölümündən sonra ortaya çıxan bir sıra məqamlardan söz açıb.
Milli Məclis üzvü vurğulayıb ki, Qərbdə də dinin cəmiyyətdə rolu ilə bağlı müxtəlif yanaşmalar mövcuddur:
“Bəzi nəzəriyyələrə görə bəşəriyyət yüksək inkişaf və tərəqqiyə nail olduqca, dinin insanların həyatına təsirinin azalacağı iddia olunurdu. Ancaq dünyada baş verən son proseslər də göstərdi ki, dinin insanların həyatından çıxarılması və təsirinin tamamilə azaldılması mümkün deyil. Əsas proseslərin düzgün idarə olunmasıdır”.
“Dünən Bakıda Hacı Şahin Həsənlinin dəfnində yaşanan izdiham və bütün sosial şəbəkələrdə bu məsələnin gündəm məsələ olması Azərbaycan cəmiyyətində də dinə münasibətin nə qədər həssas olduğunu bir daha göstərdi.
Qeyd etmək lazımdır ki, Hacı Şahin son illər ümummilli məsələlərdə dövlətin yanında idi, vətəndaşlıq mövqeyi nümayiş etdirirdi. Onun bu yanaşması bəzi dindar qruplar, xüsusilə də İrana bağlı şəxslər tərəfindən birmənalı qarşılanmır və ciddi tənqid olunurdu”.
“Burada belə bir sual da yaranır ki bundan sonra proseslər necə inkişaf edəcək? Onun yolunu kim davam etdirəcək? Bu boşluq necə doldurulacaq?
Qeyd etmək lazımdır ki, son baş verən hadisələr Azərbaycanın dövlət-din münasibətləri modelini təkmilləşdirilməsinin, dinə daha həssas münasibətin bəslənilməsinin, daha çevik qərarların qəbul edilməsinin, islahatların daha da sürətləndirilməsinin, yeni dini liderlərin yetişdiriməsininin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha göstərir”, – yekunlaşdırıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.