Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ceyhun Əsgərovun xanımı sükutu pozdu: “O qadın TV-də işləyir“

Ceyhun Əsgərovun xanımı sükutu pozdu: “O qadın TV-də işləyir“

Ceyhun Əsgərovun xanımı sükutu pozdu: “O qadın TV-də işləyir“
2023-05-22 , 16:35

“Bir aydan çoxdur Ceyhunla ayrı-ayrı evlərdə yaşayırıq. Buna səbəb onun bir ildir başqa qadınla qeyri-rəsmi münasibətdə olmasıdır. Həmin qadın televiziyalardan birinin əməkdaşıdır. Xeyli müddətdir o, həyat yoldaşı və bacısı birləşərək, mənə və uşaqlarıma qarşı kampaniya başladıblar. Məndən polisə şikayət edir, məni oğurluqda suçlayırlar”.

Yenilik.az Konkret.az-a istinadla xəbər verir ki, bütün bunlarla əlaqədar Günay Əsgərova Yasamal Rayon Polis Bölməsinə rəsmi olaraq müraciət edib:
“İİş nədənsə irəliləmir. Ona görə də mən məcbur olub mediaya müraciət edirəm. İstəyirəm ki, bu məsələ ictimailəşsin. Çünki həm mənim, həm də övladlarımın həyatı təhlükədədir. Bu insanlar nəyə desən qadirdirlər.
Hazırda iki azyaşlı övladımla tək yaşayıram. Onlar da yaşadığım yeri tanıyırlar, bağ evimizin də harada yerləşdiyini bilirlər. Övladlarımın da şəkilləri onlarda var. Hətta həmin qadının əri bağ evimizdə, polis əməkdaşının yanında məni təhqir və təhdid də edib. Bununla bağlı 102-yə iki dəfə müraciət etmişəm. Amma nədənsə məsələ ilə əlaqədar heç bir konkret tədbir görülmür”.
G. Əsgərova əlavə edib: “Mənə elə gəlir ki, həmin şəxslərdə Ceyhuna qarşı hansısa faktlar var. Bir məsələni xüsusi olaraq bildirim ki, hazırda Ceyhun dərin depressiya və psixoloji sarsıntı səbəbindən xəstəxanada müalicə alır. Amma çox adam bunu alkoqolizmə və narkotikə bağlayır. Əslində, belə deyil.
Bəzi xəbər saytları belə məlumatlar yerləşdirirlər və insanlar orada müxtəlif rəylər yazırlar. Onun iki övladı var. Böyük oğlumuzun 16 yaşı var. O, internetdə belə məlumatları oxuyur və bu, bizə çox böyük stress yaşadır. Əslində, Ceyhunun depressiyaya düşməsinin səbəbi ailəsi deyil, onun dediyim qadınla qeyri-rəsmi münasibətinin aşkara çıxmasıdır. Bunu hamı bilir. Bununla bağlı dəfələrlə jurnalistlərə bildirmişəm, amma bunu dərc eləmirlər. Deyirlər ki, Ceyhunun xətrinə dəymək istəmirik, Milli qəhrəmanın oğludur və s.
Yaxşı, o, Milli qəhrəman oğludursa, mən də dövlət məmuruyam, mənə də pis təsir edir ki, çox adam məni günahkar çıxarır. Deyirlər, guya ona arxa durmuram, kömək eləmirəm.
Hazırda Ceyhuna baxan insanlar mənim anamın dayısı oğlu və dayısı qızıdır. Onlar Ceyhuna hərtərəfli dəstək göstərirlər. Özəl klinikalardan birində müalicə alır, depressiyaya qarşı dərmanlar qəbul edir. Heç bir içki və narkotik qəbul etmir. Durumu artıq yaxşıdır. Bir neçə gündən sonra xəstəxanadan çıxmalıdır. Sadəcə olaraq ailəsini itirdiyinə görə depressiyası daha da dərinləşdiyi üçün onu hələ ki, buraxmırlar. Həkim də mənimlə əlaqə saxlayıb. Amma mən demişəm ki, onu heç vaxt bağışlamayacağam, bizi unutsun. Ceyhunun heç kimi yoxdur. İkimizin də qohumlarımız xaricdə yaşayır. O da burda təkdir, mən də. Sadəcə olaraq fərqimiz ondadır ki, onun ətrafında bu cür murdar məxluqlar var.
Məni narahat edən daha çox insanların bütün bu məsələlərə görə mənə xor baxmasıdır. Mən özümü çox pis hiss edirəm ki, əksəriyyət soruşur, niyə Ceyhuna yiyə durmursan? Klinikanın işçiləri, şəxsi həkimi belə mənə birmənalı yanaşırlar. Amma onlar bilmirlər mən nə hisslər keçirirəm”.
Günay Əsgərovanın səsləndirdiyi iddialarla bağlı DİN-in mövqeyinə gəlincə, qurumun mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, daxil olan müraciət üzrə müvafiq araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.