Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “İncəsənət Universiteti bağlansın” təklifi aktyorları üz-üzə qoydu

“İncəsənət Universiteti bağlansın” təklifi aktyorları üz-üzə qoydu

“İncəsənət Universiteti bağlansın” təklifi aktyorları üz-üzə qoydu
2023-12-04 , 17:49

“Mən Azər Axşamın “aktyor olmaq üçün təhsil mütləqdir” fikrinə hörmətlə yanaşıram. Bizim ən böyük problemimiz bir-birimizin fikirlərinə aqressiya ilə yanaşmağımızdır”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış aktyor Elməddin Cəfərov deyib. 
O, həmkarı  Azər Axşamın “Hər yerindən duran aktyor olur” fikirlərə münasibət bildirib:
“Açığı, deyə bilmərəm ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyorluq dərslərini hansı səviyyədə keçirlər. Amma özəl dərslər var ki, onlar mütləqdir və aktyor üçün qazancdır.
Şəxsən mən incəsənəti yox, tarix fakültəsini bitirmişəm. Amma mənim həyatdakı ən böyük uğurum o olub ki, incəsənətdə dərs keçən müəllimlərlə 10-15 il bərabər işləyib, filmlərə, seriallara çəkilmişəm. Onlar mənə universitetdə 4 ildə öyrətdiklərinin 5 qatını çəkiliş meydançasında öyrədiblər”.
Aktyorun fikrincə, professionallıq olmasa, onun nəticəsi olmur:
“Təhsilin olmağı və praktika mütləqdir. Bütün bunların fonunda isə şans olmalıdır. ADMİU-nu bitirən, eyni müəllimdən təhsil alan o qədər tələbələr olub ki, birinin şansı gətirib qabağa gedib, digərinin isə bəxti gətirmir və ümumiyyətlə, o sahədə çalışmır. Bəzi məqamlar var ki, heç nə bir şeyə bağlı deyil. Hamısının arxasında təsirlər və səbəblər mövcuddur. Mən inanclı adamam deyə bu məsələyə belə yanaşıram. Mənə görə gördüyümüz bütün işlərdə inam və bərəkət olmalıdır”.
Xatırladaq ki, Azər Axşam efirdə aktyorun təhsil almasının vacibliyini vurğulamışdı:
“Bəzən deyirlər ki, aktyorluq Allahdan verilən bir istedaddır... O zaman aktyorluğun niyə məktəbi, universiteti, dərsi var?! Bu peşə nə üçün yaradılıb? Axı bu səhnədə bəzi qayda-qanunlar, danışıq tərzi, rola uyğun rəftar, səhnə hərəkəti, rəqs və ritm dərsləri var. Bunlar isə hamısını universitetdə bir-bir tələbələrə dərs kimi aşılanır, keçirilir. Onda gəlin, universiteti bağlayaq. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bağlansın və aktyor yetişdirməyək. Çünki bu saat yerindən duran hamı aktyordur”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.