Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ucuz olmasa da, fermerlər əkməyə maraq göstərmir – Qarabaşağı niyə xaricdən alırıq? 

Ucuz olmasa da, fermerlər əkməyə maraq göstərmir – Qarabaşağı niyə xaricdən alırıq? 

Ucuz olmasa da, fermerlər əkməyə maraq göstərmir – Qarabaşağı niyə xaricdən alırıq? 
2024-01-16 , 16:07

Əksəriyyətimizin “qreçka” kimi tanıdığı qarabaşaq məhsuluna ölkəmizdə də böyük tələbat var. Qarabaşaq həm sağlamlıq üçün yararlıdır, həm də diabet və hipertoniya xəstələri üçün əvəzedilməz qida məhsulu sayılır.

Əsasən Ağsu, Qəbələ və  Kürdəmir rayonlarında becərilən qarabaşaq respublikanın 10-a yaxın rayonunda əkilir. Bununla belə, ölkədə becərilən qarabaşaq daxili ehtiyacı tam ödəmir. Adıçəkilən məhsul üzrə idxaldan asılılıq hələ də qalmaqdadır.
Maraqlıdır, son vaxtlar qiyməti təxminən 40 faizdən çox bahalaşan qarabaşağın əkilməsinə maraq niyə azdır?
Kənd təsərrüfatı mütəxəssislərinin qənaətinə görə, əkinə yararlı torpaq sahələrinin böyük əksəriyyəti özəlləşdirildiyindən dövlətin bu istiqamətdə hansısa təsir mexanizmi qalmayıb. Başqa sözlə, bazarın tələblərinə uyğun olaraq məhsulun yetişdirilməsi onların öz seçimi əsasında müəyyənləşir. Digər tərəfdən, qarabaşaq əkini Azərbaycan fermerləri üçün ənənəvi istiqamət olmadığından məhsulun yetişdirilməsi ilə bağlı biliklər də yetərincə deyil. Burada toxum probleminin mövcudluğunu da vurğulamaq yerinə düşər.
Hazırda qarabaşaq ölkəmizə əsasən Rusiyadan idxal olunur. İdxal olunan qarabaşaq məhsulunun təxminən 90 faizi adıçəkilən ölkənin payına düşür. Ölkəmizə Turkiyədən də qarabaşaq idxal olunur.
Kənd təsərrüfatı mütəxəssisi Cəfər İbrahimli KONKRET.az-a açıqlamasında ölkəmizdə qarabaşaq istehsalının aşağı səviyyədə olmasının səbəblərindən danışıb:
”Ölkəmizdə qarabaşaq əsasən Gəncə-Qazax bölgəsində becərilir. Bu məhsulu dünya üzrə ən çox istehsal edən ölkələr isə Rusiya və Çindir. Rahat və maneəsiz daşınma bu məhsulun Rusiyadan idxalını şərtləndirən əsas amildir. Qarabaşaq istehsalının arzulanan səviyyədə olmamasının digər səbəbi isə iqlim şərtlərinin bu məhsul üçün əlverişsizliyidir”.
Xatırladaq ki, hazırda qarabaşaq məhsulunun satış qiyməti 3 manata yaxındır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.