Yenilik.Az
www.Yenilik.Az » Dünya » Putinin yeni avtomobilini nümayiş etdirdi - Video

Putinin yeni avtomobilini nümayiş etdirdi - Video

Putinin yeni avtomobilini nümayiş etdirdi - Video
2024-05-06 , 12:36

“Rossiya 1” telekanalının müxbiri Pavel Zarubin “Moskva. Kreml. Putin” proqramının efirində ilk dəfə Rusiya Prezidenti Vladimir Putinin yenilənmiş “Aurus Senat” avtomobilini nümayiş etdirib.

“Qafqazinfo” xəbər verir ki, o, müvafiq videonu teleqram kanalında yayımlayıb.
Jurnalist qeyd edib ki, dövlət başçısı mayın 7-də Kremldə keçiriləcək andiçmə mərasiminə bu avtomobillə gələcək.
İlk baxışdan yeni avtomobil 2018-ci ildə prezidentin inauqurasiyasındakı avtomobildən çox da fərqlənmir. Bununla belə, avtomobilin ön hissəsi, eləcə də qanadları dəyişdirilib.
Avtomobilin yaradıcıları Zarubinə bildiriblər ki, avtomobil sələfi ilə müqayisədə daha müasirdir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.