Yenilik.Az
www.Yenilik.Az » Dünya »  Putindən dünyanı ayağa qaldıran addım - ŞOK GÖRÜNTÜLƏR

 Putindən dünyanı ayağa qaldıran addım - ŞOK GÖRÜNTÜLƏR

 Putindən dünyanı ayağa qaldıran addım - ŞOK GÖRÜNTÜLƏR
2024-02-23 , 16:11

Rusiya prezidenti Vladimir Putin dünən Sovet istehsalı olan və nüvə başlıqları daşıya bilən strateji bombardmançı Tu-160M-ni sınaqdan keçirib.

Musavat.com xəbər verir ki, beynəlxalq agentliklərin əldə etdiyi görüntülərdə Rusiya liderinin Tatarıstanın paytaxtı Kazandakı istehsal müəssisəsinə baxış keçirdiyi, daha sonra sınaq uçuşu həyata keçirildiyi əks olunub.
Kremlin sözçüsü Dmitri Peskov 40 dəqiqəlik uçuşun marşrutunun təhlükəsizlik baxımından açıqlanmayacağını bildirmişdi.
65d84e07ad163a2ded9578c6.jpg (76 KB)
Putin sınaq sürüşündən sonra verdiyi açıqlamada deyib: "Əla texnologiyadır, tamamilə yeni nəsil təyyarədir, çox təhlükəsizdir. Silahlı qüvvələrə qəbul edilə bilər". O, mindiyi yeni təyyarəyə Tatarıstan vilayətinin ilk prezidenti Mintimer Şaymiyevin adını verib. 
Tu-160M və ya “Ağ qu quşu” Moskvanın nüvə enerjisinin əsas hissəsi hesab olunur. Nüvə silahı daşıma gücünə malik bombardmançı təyyarə 2 min kilometrə çata və səs sürətini keçə bilir.
“Rossiya 1” telekanalı təyyarənin dünyanın ən böyük və ən sürətli bombardmançısı olduğunu diqqətə çatdırıb: “Bu təyyarə hazırda hər şeydən təxminən 50 il qabaqdadır”.
65d84e17ad163a2ded9578c8.jpg (92 KB)
Qərb mediası Tu-160M-in sınaq uçuşunun Putinin seçki kampaniyasının bir hissəsi olduğunu və Rusiya prezidentinin müxalifət lideri Aleksey Navalnının ölümündən sonra gündəmi dəyişməyə çalışdığını iddia edib. “Mirror” nəşri Rusiyanın yüksək rütbəli məmurlarının nüvə müharibəsi ilə bağlı üstüörtülü təhdidlər etdiyini və “Putinin Qərbi məsxərəyə qoyduğunu” yazıb.
"Daily mail" qəzeti Rusiya Təhlükəsizlik Şurasının sədri Dmitri Medvedyevin "Nə qədər kədərli səslənsə də, nüvə müharibəsi ssenarisi reallıqdır" sözlərini xatırladıb və Rusiyanın meydan oxuduğunu iddia edib.
Associated Press xəbər agentliyi (AP) Rusiya liderinin qarşıdan gələn seçkilər öncəsi Qərbə sərt mesaj vermək üçün sınaq uçuşu həyata keçirdiyini iddia edib. AP-nin məlumatına görə, Putinin Tu-160M ​​səssiz strateji bombardmançı təyyarəsində uçuşunun məqsədi Ukrayna münaqişəsi ilə bağlı Qərblə gərginliyin artması fonunda Rusiyaya nüvə gücünü xatırlatmaq olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.