Yenilik.Az
www.Yenilik.Az » Şikayət » “Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? – ŞİKAYƏT

“Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? – ŞİKAYƏT

“Azərbaycan Beynəlxalq Bankı” gecə yarısı da kredit verirmiş? – ŞİKAYƏT
2024-05-06 , 16:00

Vətəndaş Rübabə Əliyeva “Azərbaycan Beynəlxalq Bankı” ilə “Rabitəbank”ın onun başına açdığı oyuna görə hər ikisini məhkəməyə verməyə hazırlaşır.

 
Pravda.az Tribunainfo.az-a istinadən xəbər verir ki, bu barədə şikayətçi özü yazıb və hüquqşünaslardan kömək istəyib. O bildirib ki, “Rabitəbank”dakı hesabından onun xəbəri olmadan pulu çəkilib:

“Mənim xəbərim olmadan “Azərbaycan Beynəlxalq Bank”ı 26 mart 00:56-da 10 min kredit ayırıb. Sonra mənim şəxsi vəsaitim olan “Rabitə Bank”dan pulum çəkilib. Bu barədə hər yerə yazmışam. Ancaq heç bir nəticə yoxdur. ABB deyir pulu ödəyin. Nə üz skaneri, nə video görüntü olmayıb. “Rabitəbank”a dəfələrlə müraciət etmişəm. Özləri də təsdiq edib ki, 3D kodu mənə göndərməyiblər. Sonra da dedilər bizdə görünmür, amma Azərkart deyir, mesaj gəlib. Deyirlər, bunu xakerlər edib, polisə müraciət edin”.

Yazıda adı çəkilən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.