“OBA” MARKETLƏR VERGİDƏN YAYINIR? – ŞİKAYƏT

“Oba” marketlər vergidən yayınmaq üçün bu yola əl atır.
“Xırdalan şəhəri Heydər Əliyev prospektindəki “Oba” marketdə artıq neçənci dəfədir ki, kartla ödəniş elədiyim halda çekə nağd qeyd edirlər. Deyirəm, ödənişi ləğv edib yenidən vurun, deyir sizə nəsə fərqi var? Deyirəm, mən nağdsız ödənişə görə niyə nağd yazırsız ki? Kassir deyir, 3-5 qəpiyə görə eləyirsiz.
Bu ədv-ləri elə bil bu obyekt sahiblərinin dədələri verir. A kişi, məhsulu alanda mənə onsuz da 18% ƏDV ödədilir. Bəs sən niyə mənim ƏDV çekimi düz vurmursan?”.
Marketinq üzrə mütəxəssis Əli Məhərrəmov isə bildirib ki, bunu marketlər bilərəkdən edir:
“Məsələ ƏDV deyil. Məqsəd bank komissiyasından və vergidən yayınmaqdır”.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

OXŞAR XƏBƏRLƏR