Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Nəvəmin başına oyun açan şagird həm qohumdur, həm də..." - Təhqir olunan qızın nənəsi 

"Nəvəmin başına oyun açan şagird həm qohumdur, həm də..." - Təhqir olunan qızın nənəsi 

2024-02-20 , 16:26

"Nəvəm ona nəsə pis söz deyib. Sonra 3 qız yığışıb onu söhbətə çağırıblar. Hadisə zamanı yanlarında bir oğlan da olub. O da qızları ayırmayıb. Nəvəmin başına bu oyunu açıblar. Başına yumurta vurublar, saçlarını kəsiblər".

 
Yenilik.az xəbər verir ki, bu sözləri təhqir olunan qızın nənəsi Cəmilə Hacıyeva Baku TV-yə bildirib.
O əlavə edib ki, hadisədən sonra nəvəm evə qayıdanda heç kimə heç nə deməyib: "Biz sonradan bu hadisədən xəbər tutmuşuq. Nəvəmin başına oyun açanlar həm qohum, həm də qonşudurlar. Onun atası həmişə bizə gedib-gəlib. İki övladı var, ərköyün və firondurlar. Başlarına nə gəlir edirlər. Həmin qızının bibisi Qala məktəbində direktor işləyib. Həmin qız çox firondur, onunla bacarmırlar".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.