Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA

Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA

Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA
2025-02-11 , 12:12

Məlum olduğu kimi, Rusiyanın “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılıb. Prosesin detallarına dərindən varmadan deyə bilərik ki, bu qurumun Azərbaycanda casus şəbəkəsi yaratmaqda ittiham olunması ictimaiyyətdə böyük maraq doğurub. Şəbəkənin rəhbərinin isə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin olduğu deyilir. Onunla bərabər keçmiş nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov və Eldar Mahmudovun da həmin şəbəkəyə aid olduğu bildirilib.


Yenilik.az xəbər verir ki, Manset.az ictimaiyyətdə böyük maraq doğuran məsələ ilə bağlı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə əlaqə saxlayıb. O, açıqlamasında bunları bildirib:

“ Axmaq-axmaq söhbətlər yayırlar. Bunların hamısı yalandır. Bunun heç bir əsası yoxdur.” – deyə R.Mehdiyev bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.