Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Saray körpüsünün istifadəyə veriləcəyi TARİX AÇIQLANDI

Saray körpüsünün istifadəyə veriləcəyi TARİX AÇIQLANDI

Saray körpüsünün istifadəyə veriləcəyi TARİX AÇIQLANDI
2025-03-11 , 15:26

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpüdə tikinti işləri yekunlaşmaq üzrədir.

Məlumata görə, körpünün martın sonu – aprelin əvvəli istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, artıq piyadalar körpü üzərindən hərəkət edirlər.
Xatırladaq ki, 1970-ci ildə inşa edilən körpü qəzalı vəziyyətdə olduğu üçün ötən ilin dekabrında sökülüb. Yeni körpünün tikintisi üçün 9 milyon 960 min manat vəsait ayrılıb.//Oxu.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.