Sumqayıtda “Dünya Vəkil Cübbələri və Atributları” sərgisi açılıb-FOTOLAR
Sumqayıt şəhərində 28 dekabr – “Vəkil Günü” peşə bayramı və Sumqayıt şəhərinin 75 illiyinə həsr olunan “Dünya Vəkil Cübbələri və Atributları” sərgisi açılıb.
Öncə tədbir iştirakçıları Vəkillər Kollegiyasının üzvü Kamandar Nəsibovun şəxsi kolleksiyasında yer alan dünyanın müxtəlif ölkələrindən gətirilmiş 100-dən çox vəkil, hakim cübbəsi və atributlarla tanış olublar. Məlumat verilib ki, cübbələr müxtəlif ölkələrin Vəkil Kollegiyaları, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Səfirlikləri və xarici ölkələrdə yaşayan həmyerlilərimizin dəstəyi və səyi nəticəsində əldə edilmişdir.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 28 dekabr – “Vəkil Günü” peşə bayramı münasibətilə vəkilləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Zakir Fərəcov bildirib ki, Sumqayıtın 75 illik yubileyinin qeyd edildiyi bir zamanda belə bir sərginin keçirilməsi şəhərin hüquqi sahədə də mühüm bir mərkəz kimi tanındığını sübut edir.
Şəhər rəhbəri çıxışında ölkəmizdə sabitliyin bərpasında hüquq-mühafizə orqanlarının və vəkillik institutunun əvəzsiz rolunu xüsusi vurğulayıb. O qeyd edib ki, vəkillik institutu hüquq sisteminin vacib tərkib hissəsi olmaqla, vətəndaşların hüquqlarının qorunmasında və ədalətin təmin olunmasında mühüm missiya daşıyır. Sumqayıtda bu istiqamətdə fəaliyyət göstərən vəkillərin peşəkarlığı və hüquq-mühafizə orqanları ilə səmərəli əməkdaşlığı şəhərdə qanunun aliliyinin təmin olunmasına və ictimai sabitliyin möhkəmləndirilməsinə böyük töhfə verir.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov sərgidə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı vəkilliyin tarixində dönüş yaradıb. Sərəncamda qeyd olunur ki, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti var. Bu, bizim üçün bir çağırış oldu. Biz də öz fəaliyyətimizi o çağırışa uyğun qurmağa çalışırıq. Hazırda Sumqayıtda 60-a yaxın vəkil fəaliyyət göstərir. 2018-ci ildə bu rəqəm 14 idi. Şəhərdə vəkillərin sayı bundan sonra da artmaqda davam edəcək.
Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı çıxışında ölkəmizdə vəkillik sahəsində əldə olunan inkişafdan danışaraq, bu prosesə dəstək verən bütün qurumlara və şəxslərə dərin təşəkkürünü bildirib. O, Sumqayıt Regional Vəkil Bürosunun da bu inkişafda mühüm rol oynadığını qeyd edərək, tədbirin təşkilinə dəstək olan Azərbaycan Vəkillər Kollegiyasına, Sumqayıt şəhər İcra Hakimiyyətinə və “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosuna minnətdarlığını ifadə edib. Anar Qasımlı vurğulayıb ki, belə tədbirlər vəkillik peşəsinin nüfuzunun artırılmasına və vəkillərin peşəkar bacarıqlarının genişləndirilməsinə mühüm töhfə verir.
Millət vəkili Tahir Mirkişili, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev və Əməkdar hüquqşünas İkram Kərimov çıxışlarında sərginin əhəmiyyətini vurğulayıb və vəkilləri Peşə Bayramı münasibətilə təbrik ediblər. Çıxışçılar hüquq sistemində vəkillik institutunun mühüm rolunu xüsusi qeyd edərək, bu sahədə çalışan peşəkarların hüquq və ədalətin qorunmasında əvəzsiz xidmətlər göstərdiklərini bildiriblər.
Xatırladaq ki, sərgi dekabrın 28-dək bütün ictimaiyyət üçün açıqdır.































OXŞAR XƏBƏRLƏR

Prezidentin cavablandırdığı suallar - Tam mətn
Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib - FOTO - YENİLƏNİB
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
Vəkillər Kollegiyası Türkiyə səfəri barədə məlumat yaydı
Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalandı - FOTO
"Veteran" İCRA BAŞÇILARI: Seçkilər bitdi, kimlər postunu tərk edəcək? - SİYAHI
Anar Bağırov: “Vəkil seçərkən şou verilişlərinə baxıb qərar verməyin”
Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Hindistan Respublikasına rəsmi səfər edib
Anar Bağırov İrkutsk əyalətinin Vəkillər Palatasının nümayəndə heyəti ilə görüşdü - FOTO
Tələbələr arasında “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadası başlayıb - FOTO
“Biz gələcəyin vəkilləriyik” adlı qış məktəbinin təlimləri başa çatdı - FOTO
Ankarada türk dövlətlərinin Vəkillər kollegiyaları birliyinin yaradılması ilə bağlı bəyannamə imzalanıb
Vəkillik institutunun güclənməsi kimləri və niyə təlaşa salıb? - ARAŞDIRMA
“Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadasının qalibləri müəyyən olundu - FOTO
Qərbi Kaspi Universitetində Açıq Qapı Günü təşkil olunub
“Gənclər təşkilatlarının hüquqi savadlılığının artırılması” layihəsi yekunlaşdı - FOTO
İsfəndiyar Axundovun adı yenə GÜNDƏMDƏ 2026-06-03 , 16:27
Zeynəb Xanlarova uzun aradan sonra belə görüntüləndi - FOTO 2026-06-03 , 16:26
Hiss Saçlarını qırxdırıb bu hala qoydu - Fotolar 2026-06-03 , 16:22
Əli Əhmədovun baş həkim təyin edilən oğlu ilə bağlı yeni detal üzə çıxdı 2026-06-03 , 16:15
Nəsrin botoks iddialarına cavab verdi 2026-06-03 , 16:06
Tanınmış aparıcı “Space”dəki işindən ÇIXARILDI 2026-06-03 , 16:03
Botoks etdirən qadının üzü bu hala düşdü – Foto 2026-06-03 , 15:55
Mehriban Abasquliyeva xəstəxanaya yerləşdirildi 2026-06-03 , 15:53
Xamenei və Tramp görüşəcək 2026-06-03 , 15:52
"Qurban bayramını qəbul etmirəm, ət yemirəm" - VİDEO 2026-06-03 , 15:48
Sibel Can evlənir - Toy Mayamidə olacaq 2026-06-03 , 15:35
Yelena Sidorenko ikinci dəfə ana oldu 2026-06-03 , 15:34
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir 2026-06-03 , 15:32
Məcburi köçkün statusu - Yenidən tənzimlənir 2026-06-03 , 15:31
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu 2026-06-03 , 15:28
“Azərbaycan vətəndaşları bu gündən etibarən yeni hüquqi kimlik qazanırlar” 2026-06-03 , 15:26
Prezident Mərkəzi Bankın yeni binasının açılışında - Fotolar 2026-06-03 , 15:25
Tacir qalmaqallı görüntüsündən danışdı: “Baldırım açıq deyildi" 2026-06-02 , 18:12
Qayınata gəlinini evə çağırıb, kartını almaq istəyibmiş 2026-06-02 , 18:05
Prezidentin yüksək vəzifə verdiyi Lalə Abdullayeva kimdir? - DOSYE 2026-06-02 , 17:57
Xoşqədəm Hidayətqızı Seda Sayanın verilişində ağladı - VİDEO 2026-06-02 , 17:53
Prezidentdən Lalə Abdullayeva ilə bağlı SƏRƏNCAM 2026-06-02 , 17:38
Bank Respublika məhkəməyə verildi 2026-06-02 , 15:16
TƏBİB-də 6 rəhbər şəxs vəzifəsindən azad edildi - SİYAHI 2026-06-02 , 15:14
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi 2026-06-02 , 15:08
İqtisadçıdan ADY rəhbərinə irad: “O planı kim qurmalı, tərtib etməlidir? Mən?” 2026-06-02 , 15:06
AAYDA Yeni Günəşlinin yollarına yamaq vurub getdi – Foto 2026-06-02 , 14:52
Leyla Əliyeva oğlu ilə toyda - Video 2026-06-02 , 14:50
Anar Bağırov Sloveniyada beynəlxalq tədbirlərdə iştirak edib - FOTO 2026-06-02 , 14:48
Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı 2026-06-02 , 14:47
"Space TV"dən aparıcının maaş almaması iddialarına - Cavab 2026-06-02 , 14:42
Əminə Şirin: "Mənim başıb xarabdır, qanım xarab deyil" - VİDEO 2026-06-02 , 14:37
Nüşabənin açıq-saçıq geyimi bəyənilmədi, söyüş yağdırdı - VİDEO 2026-06-02 , 14:33
“Niyə ceyranın balası doğulan kimi qaça bilir, insan övladı YOX?" 2026-06-02 , 14:31
"İndi oğlanlar da kasıb qızla evlənmək istəmir" - VİDEO 2026-06-02 , 14:29
Məşhur teleaparıcı istefa verdi - Səbəbini özü açıqladı - VİDEO 2026-06-02 , 14:14
Pünhanın nişan görüntüləri MÜZAKİRƏ YARATDI - VİDEO 2026-06-02 , 14:08
“60 yaşı var…” – Tacir Şahmalıoğlu geyiminə görə tənqid olundu 2026-06-01 , 20:25
“Bizə pis məsləhət vermək istəyənlərə qulaq asmadıq” - Prezident 2026-06-01 , 20:22
“Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu” 2026-06-01 , 20:21
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - Fotolar - Yenilənib 2026-06-01 , 20:20
İlham Əliyev ABŞ dövlət katibinin köməkçisinə Donald Trampdan aldığı hədiyyəni göstərdi - VİDEO 2026-06-01 , 20:18
Tacir Şahmalıoğlu Bakıdan köçür 2026-06-01 , 20:11
“Hünər-İnşaat”ın fəhlələri Zəngilanda yolu bağladı - "Pulumuzu verin" 2026-06-01 , 20:11
“Qonşularınızın qonşuları ilə də yaxşı münasibətlər qurmalısınız” 2026-06-01 , 20:05
“Araz” supermarketlər şəbəkəsi “Ümid yeri” uşaq sığınacağını ziyarət edibVİDEO 2026-06-01 , 16:06
Roza Zərgərli Kadırovla görüşdü - FOTOLAR 2026-06-01 , 16:05