Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bakıda məşhur hotel müsadirə olundu – 3 milyona satılır

Bakıda məşhur hotel müsadirə olundu – 3 milyona satılır

Bakıda məşhur hotel müsadirə olundu – 3 milyona satılır
2025-11-04 , 16:46

Bakıda fəaliyyət göstərən “Park Dedeman” hoteli müsadirə olunub.

Yenilik.az teleqraf-a istinadla bildirir ki, hotel dövlət hərracında satılacaq.
Maraqlıdır ki, satışa hotelin ikinci mərtbəsi və zirzəmisi çıxarılıb. Bu isə ümumilikdə 1745.5 kv.m deməkdir.
Satışa çıxarılan hissənin ilkin bazar qiyməti 3 milyon 140 min manatdır.
Qeyd edək ki, sözügedən hotel Bakının Səbail rayonu ərazisində yerləşir. Hotelin 95 otağı mövcuddur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.