“Kino sənayesini darmadağın edən məmurlardır” - Ramilə Qurbanlı
Azərbaycanda son illərdə film istehsalında nisbətən artım müşahidə olunsa da, ümumi kino mənzərəsi və yerli ekran işlərinin keyfiyyəti ilə bağlı narazılıqlar var. Sahənin peşəkarları, eləcə də yüksək səviyyəli film arzusunda olan tamaşaçılar kinomuzun bugünkü vəziyyəti ilə bağlı müxtəlif fikirlər səsləndirirlər. Mütəxəssislər isə problemlərin əsas səbəbini kino sənayesinin formalaşmaması və proseslərin sistemli idarə olunmamasında görürlər.
Mövzu ilə bağlı Pravda.az-a danışan jurnalist-publisist, mədəniyyət məsələləri üzrə mütəxəssis Ramilə Qurbanlı bir sıra problemlərə toxunub.
R.Qurbanlı deyib ki, Azərbaycanda kino sənayesi vahid mərkəzdən idarə olunan bir sistem kimi mövcud deyil və bu amil problemlərin əsas səbəblərindəndir: “Kino tək-tək çəkilir və çəkilən filmlər kütləvi nümayişə çıxarılmır. Kinoda ssenari yazılışı, kastinq, rol bölgüsü, məşqlər, çəkilişlər, montaj və ən vacibi piar və prokat mərhələləri var. Kino ən yüksək səviyyədə peşəkarlıqla ərsəyə gətirilə bilər. Kinoprokat və piar yoxdursa, heç bir uğur qazanmayacaq və tamaşaçının da kinodan xəbəri olmayacaq”.
Onun sözlərinə görə, yerli tamaşaçının kino ilə bağlı təsəvvürü olduqca məhduddur, bu da mövcud vəziyyətdən qaynaqlanır: “Bizim tamaşaçı bilmir ki, Azərbaycanda bu gün də kino çəkilir, çünki onun gördüyü ya sovet dövründə çəkilən filmlər, ya da kinoteatrlarda yayımlanan kommersiya filmləridir. Birinciləri “köhnə filmlər” deyib çox sevirlər. İkincilərin isə kino sənətinə heç bir aidiyyəti yoxdur. Onları çəkənlər əksər hallarda kinoda təsadüfi adamlardır, məqsədləri sənət əsəri yaratmaq deyil, pul qazanmaqdır. Bizim tamaşaçı kino deyəndə sözügedən filmləri nəzərdə tutursa, o zaman tamaşaçının heç biri günahı yoxdur. Günah yenisini yaratmaq adı ilə illərdir ki, yeganə dövlət kinostudiyası olan C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasını və onunla birlikdə kino sənayesini darmadağın edən məmurlardadır”.
O qeyd edib ki, bu sahədə ssenari də, peşəkarlar da var, amma işin təşkili yoxdur: “Düzdür, zaman-zaman kino mütəxəssisləri ya ölkəni tərk edib müxtəlif ölkələrə pərən-pərən düşdülər, ya da ümumiyyətlə, kinodan getdilər. O səbəbdən mütəxəssis qıtlığı var, amma hər il Mədəniyyət Nazirliyinin xətti ilə xarici ölkələrə təhsil almağa gedən gənclər də var, onlar niyə geri qayıtmır, yaxud qayıdırlarsa haradadırlar? Yenə gəlib çıxırıq sənayenin olmamasına, olsa mütəxəssis də yetişər. Peşəkar kadr necə yaranır? Təbii ki, işləyərək. İş olsun ki, peşəkarlar yetişsin. Bir-iki güllə bahar olmur. Bahar gülüstana gəlir”.
R. vurğulayıb ki, kino sahəsindəki mövcud vəziyyət illər əvvəl başlayıb: “Kino üçün ayrılan vəsaitlərin idarə olunmasında problemlər mövcuddur və bu, ümumi nəticəyə təsir edir. İllər əvvəl kino sənayesi zəiflədildi, kinoteatrlar satıldı, kinoya ayrılan vəsaitlər düzgün idarə olunmadı. Nəticədə bu sahə dağıldı və paralel olaraq tamaşaçıda inamsızlıq formalaşdı. Kino kollektiv sənətdir və çox yüksək maddi-texniki baza tələb edir. “Azərbaycanfilm”də əslində bu baza var, amma düzgün idarə olunmaması - “çörəyi çörəkçiyə verməmək” nəticəyə təsir göstərir”.
Ekspert bildirib ki, ayrılan vəsaitlər keyfiyyətli film çəkməyə kifayət etmir: “Maliyyə şəffaflığı ona cavabdeh şəxslərin vicdanının məsələsidir, bir söz deyə bilmərəm, amma ayrılan vəsait yaxşı kino çəkməyə bəs etmir”.
Azərbaycanda kino məktəbinin formalaşmamasına gəlincə isə R.Qurbanlı deyib ki, bu proses vaxtilə dayandırılıb və məktəb hələ formalaşan zaman dağıdılıb.
O, dövlət dəstəyi ilə çəkilən filmlərin geniş auditoriya qazanmamasının əsasında təqdimat və yayım mexanizmində olan problemlərin dayandığını qeyd edib: “Film geniş auditoriyaya təqdim ediləndə bu barədə ölkəyə car çəkilməlidir, yoxsa yalnız Nizami kinoteatrının qarşısına afişa vurmaqla tamaşaçı toplamaq olmaz. Bəzi Azərbaycan filmləri beynəlxalq festivallarda uğur qazansa da, yerli tamaşaçı tərəfindən eyni marağı görmür. Film çəkiləndə festival üçün çəkmək qarşıya məqsəd qoyulmamalıdır. Sən tamaşaçı üçün çəkirsən. Tamaşaçı o filmdə həm özünü, həm həyatını, məişətini görməlidir. Film həm də dünyəvi olmalıdır. Qərbi və ya Şərqi yamsılamaq lazım deyil. Qərb sənin yamsılamağını izləməyəcək, onun orijinalı özündə var. Sən öz olanını göstərməli, aşılamalı, təəccübləndirməli və sevdirməlisən”.
OXŞAR XƏBƏRLƏR

Prezidentin cavablandırdığı suallar - Tam mətn
Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə - HESABAT
Azərbaycanın inkişaf salnaməsinə 2024-cü ildə yazılan uğur səhifələri
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
20 Yanvarda Moskvaya qaçan nazir öz müavininə zəng edib deyir ki...
“Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsidir”
Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir
Səhiyyə sistemində islahatların yeni mərhələsi: Güclü idarəçilik, keyfiyyətli xidmət, vətəndaş məmnunluğu
Əhməd İsmayılov MEDİA-nın 5 ildə gördüyü işlərdən danışdı... - MÜSAHİBƏ
İqtisadiyyat naziri niyə narazıdır?
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Səhiyyəmizin bəlası: onlarla kiçik sistemlər "qısaqapanma" yaradır
İcbari Tibbi Sığorta Fondunda ciddi nöqsanlar AŞKARLANDI
Zahid Oruc: “Sığorta şirkətlərindən şikayətlərin sayı...” - VİDEO
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?
İsrailin “erməni soyqırımını tanımaq” təşəbbüsünə Ermənistandan şok cavab 2026-06-26 , 22:15
Anar Bağırovun sədrliyi ilə BDU-da magistrantların dissertasiyası müdafiə olunub - FOTO 2026-06-26 , 20:35
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı 2026-06-25 , 17:17
Sumqayıtda qazıntı işləri bitmək bilmir – RƏSMİ AÇIQLAMA 2026-06-25 , 17:15
Novxanı çimərliyində xəndək qalmaqalı - Səbəb bu imiş 2026-06-25 , 17:14
TƏBİB-dən Fərhad Mehdiyevə cavab 2026-06-25 , 17:13
Sumqayıtda real təhlükəyə çevrilən yataqxana 2026-06-25 , 17:12
Çinarə qızını göstərdi – VİDEO 2026-06-25 , 17:09
5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Prezident səfiri geri çağırdı - Sərəncam 2026-06-25 , 17:01
FHN Aqşin Fatehin restoranını bağladı - Foto 2026-06-25 , 16:59
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - Fotolar 2026-06-25 , 16:56
İlham Əliyev 8 fərman imzaladı 2026-06-25 , 16:55
Prezident sərəncam imzaladı 2026-06-25 , 16:54
Azərbaycanın məşhur klinikası bağlandı - FOTO 2026-06-24 , 15:40
Cavanşir Məmmədovun qızı və nəvəsi eyni ildə məzun oldu - FOTO 2026-06-24 , 15:34
Bağlanan verilişlər yeni mövsümdən qayıdır? - RƏSMİ 2026-06-24 , 15:33
Sabah yağış yağacaq - axşam güclənəcək 2026-06-24 , 15:32
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı 2026-06-24 , 15:29
Mask trilyonçu statusunu itirdi 2026-06-24 , 15:28
“82 yaşım var, bu mənim son arzumdur” – Şeyx Əbdül 2026-06-24 , 15:26
Pediatrdan valideynlərə sərt xəbərdarlıq: “Uşaqlara qarpız verməyin” 2026-06-24 , 15:25
"Ürəyi 3 saat 40 dəqiqə döyündü" - Fərhad Mehdiyevdən tibbi xidmətə daha bir irad 2026-06-24 , 15:21
Sabah Aşuradır 2026-06-24 , 15:19
Elon Mask məhərrəmliyə qarşı: Paylaşımı rezonans doğurdu 2026-06-24 , 15:18
Lerikdən Bakıya niyə gəldilər? – 4 gəncin faciəsinin arxasındakı reallıq 2026-06-24 , 15:17
“Pulsuz təhsil dünyanın heç yerində yoxdur” - Nazir 2026-06-24 , 15:16
Şəxsi həyatı ilə bağlı suala əsəbiləşdi - Foto 2026-06-24 , 15:11
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır 2026-06-24 , 15:01
“Blue Residence” sakinlərindən NARAZILIQ: Evin çıxarışı üçün pul tələb edirlər – Foto 2026-06-24 , 14:59
Vəfat edən əsgərlə bağllı məhkəmə - ciddi səhlənkarlıq faktları açıqlandı 2026-06-24 , 14:56
Yağış və dolu yağacaq - sel təhlükəsi var 2026-06-23 , 17:03
“Deyirlər, 18 yaşı tamam olmuş qəşəng qızlarınız var...” - VİDEO 2026-06-23 , 17:00
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO 2026-06-23 , 15:41
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar ediblər - FOTO 2026-06-23 , 15:33
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO 2026-06-23 , 15:31
Arif Hacılının ölkədən çıxışına qadağa - SƏBƏBİ BİLİNMİR 2026-06-23 , 15:29
"Onun-bunun üçün ölməyin" - Nadir Qafarzadə 2026-06-23 , 15:28
Prezidentlər Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar - FOTO 2026-06-23 , 15:02
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan qurum yarım milyonluq fəhlə paltarı və digər zəruri mallar alır 2026-06-23 , 15:00
Abituriyentlərin apellyasiya müraciətləri ödənişli olacaq? - DİM belə istəyir - FOTO 2026-06-23 , 14:59
Nadir: Onun bir az xəsisliyi də var... Allah köməyi olsun 2026-06-23 , 14:58
Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanışlıq - FOTO 2026-06-23 , 14:57
“Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına İNANMAYIN – Ekspert 2026-06-23 , 14:55
Qalmaqal böyüyür: Aysun yaxın çevrəsini hədəfə aldı - VİDEO 2026-06-23 , 14:54
Sergey Lavrov jurnalistlərlə görüşdə SÖYÜŞ SÖYDÜ - VİDEO 2026-06-23 , 14:50
Nəsrin atası və həyat yoldaşı ilə - FOTO 2026-06-23 , 14:42
"Məşhur sima üçün restoranda tək əyləşmək çətindir" - VİDEO 2026-06-23 , 14:40