Səhiyyəmizin bəlası: onlarla kiçik sistemlər "qısaqapanma" yaradır
İlin sonu gəldiyi üçün mən də hər kəs kimi, keçən il haqqında fikirlərimi xüsusilə gənclərlə bölüşmək istədim.
Mənim üçün ilin ən dəyərli qazanımı Azərbaycan səhiyyəsinin dəyişəcəyinə və inkişaf edəcəyinə praktiki nümunələr və təcrübəm əsasında - evidence-based - inanmağımdır. Bunun əsas səbəbi bugünkü səhiyyəmizdə "sistem yanaşması"nın tətbiq edilməsi iradəsinin hakim olmasına bu il boyu inamımın formalaşmasıdır.
Odur ki, gənclər, görüləsi çox iş var və sizlərə ehtiyac duyulur! Lakin heç bir kitabda yazılmayan, heç kimin hazır resept verə bilmədiyi bir şəraitdə çalışmaq üçün fərqli şəxsi keyfiyyətlər tələb olunan bir reallıq var. Bu həm pozitiv, həm də neqativ faktor ola bilər. Siz bəlkə də Almaniyada, Amerikada uzun illərə əldə edə biləcəyiniz kliniki bilikləri daha qısa müddətdə vətənizdə qazana bilərsiniz. Səbriniz olsa, sona qədər oxuya bilsəniz, nümunələr əsasında izah edərdim, yenə uzun bir yazı alındı...
Oturuşmuş sistemlər fərdlərdən deyil, qaydalardan asılı olduğu üçün gənc həkim növbəti 10-15 illik addımlarını planlaya bilir. O, ehtiyac yarandıqda işin gedişatındakı alternativləri dəyərləndirir, rahatlıqla dəyişikliklər edir və nəticədə şəxsi keyfiyyətlərinə, eləcə də bacarıqlarına uyğun bir "sistem həkimi" kimi formalaşır. Belə mütəxəssislər işlərini sevərək görür və şəxsi həyatlarını balanslı şəkildə qura bilirlər. Bizdə isə bu ənənələr hələ yeni formalaşır və proses fərdlərin şəxsi keyfiyyətlərindən, eləcə də seçimlərindən asılıdır.
Məsələn, Dr. Vüsal rayona laparoskopiyanı gətirir, gedib Türkiyədə öyrənir, gəlib ətrafındakı həmkarlarını toplayıb onlara da bu işi öyrədir. Bax, belə insanları tapıb yanlarına getmək lazımdır, çünki onlar öyrətməyə daxili ehtiyac duyan insanlardır. Yaxud Elmir dr, qaydalarda rezidentin əməliyyat etməsinə icazə verilməsə də, bu riski üzərinə götürərək onları öyrədir.
Vüqar YaqubluLakin bir başqası qapını çöldən bağlayır: üç əməliyyat zalı varsa, hər birinə öz xəstəsini qoyur və gün ərzində tələsmədən yalnız öz işini görür. Belə birinin yanında nəsə öyrənmək mümkün deyil; əksinə, peşəyə həvəsiniz düşəcək və “mobbinq“in nə olduğunu dadacaqsınız.
Daxildə olan şəbəkə sənin haqqında xəstələrə və qohumlarına neqativ məlumatlar verir, səni hüquq-mühafizə orqanları ilə qorxudur. Sən əlinə skapel almağa belə çəkinəcəksən. Ya tabe olub ömürlük asıstent olacaqsan, da Alman dili kitabı axtarmağa başlayacaqsan... Amma bir şeyi bilməlisiniz ki, səhiyyəmizdə mövcud iradə sizlərin arxasındadır, sizlərə münbit şərait yaratmağa səmimiyyətlə çalışır.
Səhiyyəmizdəki problemlərin əsasında onlarla kiçik sistemlərin paralel mövcudluğunun törətdiyi "qısaqapanmalar" dayanır. Mən bu vəziyyəti "Self-Made Man Based Syste" (Özü-özünü inşa etmiş şəxslərə əsaslanan sistem) kimi təsnif edirəm.
Başqa sözlə, çox sayda aparıcı mütəxəssisin dövlət sektorundan kənar fəaliyyət göstərməsi və hər birinin özünəməxsus fərdi sistem formalaşdırması səhiyyəmizin əsas xüsusiyyətidir. Xəstələndiyimiz zaman konkret klinikanı deyil, məhz həmin mütəxəssislərdən birini axtarırıq. Təcrübəli mütəxəssislər istənilən səhiyyə sisteminin uğurunun əsas elementləridir. Onları ya özündən tapmalı, ya da almanlar, amerikanlar, fransızlar kimi xaricdən gətirməlisən. Bu isə bahalı bir işdir.
"Qısaqapanma nədir və onun bizim işlərlə nə əlaqəsi var" sualına qısa aydınlıq gətirim. Fizikada qısaqapanma fenomeni cəmiyyətdəki sistem probleminin izahını çox gözəl verir.
Qısaqapanma enerjinin (cərəyanın) arzuolunan hədəfə deyil, ən qısa və müqavimətsiz yolla gedərək hədəfdən yayınmasını təsvir edən bir fenomendir. Enerji qısa və asan yolla axarsa, hazırlıqsız hədəfləri "yandıra" bilir.

İcbari sığorta vasitəsilə bütün xəstələrin müalicəsini əsas hədəf, səhiyyə sistemini isə bu hədəfə aparan elektrik xətti kimi təsəvvür edin. Paylaşdığım kollajdakı hansı xəttin enerjini hədəfə daha uğurla çatdıracağını düşünürsünüz? Üst tərəfdəki şəkildə "qısaqapanma" riski proqramlaşdırılıb elə deyilmi? Aşağıdakı şəkildə isə bu ehtimal minimumdur və ya yox dərəcəsindədir.
2000-ci illərin əvvəllərində Gəncədən və ya Bakıdan kəndimizə gedəndə şəkildəki kimi elektrik direklərindən qısaqapanma və yolayrıcındakı (kəndimizdən 4 km uzaq) kimsəsiz itlər ən qorxduğum təhlükələr idi. Kəndimizdə bir elektrik dirəyindən çoxsaylı elektrik xətləri o qədər plansız, bir-birinə yaxın və izolyasiyasız çəkilirdi ki, adi bir külək və ya yağış qısaqapanmalara səbəb olur, bizi işıqsız qoyar, bəzən isə faciələrlə nəticələnərdi. Kimya-biologiya təmayülündə mənimlə birgə oxuyan bir gəncin kəndə dönərkən qırılmış naqil səbəbindən elektrik vurması nəticəsində həyatını itirməsi, bu gün də yağışlı və alatoran havada kənd yolları ilə gedərkən məni silkələyir.
Bizim nümunədə aparıcı mütəxəssislərimiz məhz ən vacib enerjini ölkəmizdə öz qurduqları fərdi sistemlərə və ya xarici sistemlərə (Almaniya, Türkiyə, ABŞ) yönəldirlər. Bu, hədəfdən yayınan ən ciddi enerji itkisidir. Mən özüm də bunlara aid olduğum üçün özümüzü ittiham etmək istəmirəm, faktı təsvir edir və bizlərin də yol axtarma məsuliyyətimizin olduğunu vurğulamaq istəyirəm. Bu, tək dövlət səhiyyə qurumlarının işi deyil, bizim də düşünməli olduğumuz xüsusdur.
Dövlət klinikalarında çalışanlar, əsasən, gəncləri yetişdirməyə təəssüf ki, zaman tapmırlar və ya özləri də bilmədən onları sistemdən küsdürürlər (mobbing). Bu da digər bir enerji itkisidir. Bu "yan axınlara" hazırlıqsız yaxalananlar isə yeni qurulmaqda olan sistem, xəstələrimiz və gənc həkimlərimiz olur.
Odur ki, səhiyyəmizdəki qısaqapanmaların mexanizmini görüb təhlil etməyi və fikirlərimi bölüşməyi özümə borc bilirəm. İcbari sığorta və TƏBİB-in yaranması, məhdud maliyyə imkanlarımızı (məsələn, Almaniyada adambaşına illil gəlir 55 000 $, Azərbaycanda isə 7 800 $) düzgün "kanallaşdırmağa" (istiqamətləndirməyə) çalışır.
Bu prosesdə öz fərdi sistemini qoruyanlara deyil, yeni qurulan vahid sistemin parçası olacaq mütəxəssislərə ehtiyac var. Düşüncəmcə, səhiyyəmizin bu gün ən çətin problemi budur.

"Self-Made Man" sistemlərini təcrübəm əsasında üç sinfə bölərdim:
- Birincilər: Əməkdaşlıq edir (az hissə), yeni reallıqları anlayır, bir az qazanır, özü də inkişaf edir, sistemi də inkişaf etdirir və gələcək sistemdə öz yerini möhkəmləndirir (gələcəyinə investisiya)
- İkincilər: Özəl sektorda çalışır və ya ölkəni tərk edirlər. Mən özüm bu qrupa aidəm və məsuliyyətimi anlayıram. Xüsusilə də Şuşanı bizə qaytaran o ruhun qarşısında olan məsuliyyətimi…
- Üçüncülər: Dövlət klinikalarında çalışır, köhnə dövrlərin geri dönməsini arzu edirlər. Onlar yeni sistemin parçası edilmə cəhdlərinin illərdir verdikləri xidmətlərin qarşılığında ədalətsizlik olduğunu düşünürlər.
Mən Almaniyada dövlət qurumlarının qurmaq istədiyi modelə uyğun bir sistem daxilində işləyən cərraham. Burada mən istədiyim xəstəni istədiyim zaman deyil, sistemin ehtiyac duyduğu xəstəni təyin olunmuş vaxtda müalicə edirəm.
Məsələn, sonuncu növbəmdə bütün gecəni səhər saat 7-yə qədər bir xəstədə ayağın kritik işemiyası səbəbilə amputasiya, digərində bağırsaq işemiyası ilə bağlı kolektomiya etmişəm; sonda isə üstəlik gənc həmkarıma kəskin öd kisəsi əməliyyatında assistentlik etmişəm. Halbuki mən də o gecəni evimdə yatardım, səhər durub qəhvəaltı edərdim, sonra gedib robotik planlı bir əməliyyat edər və günorta da çıxıb alış-verişə gedər və ya dostlarla görüşüb nərd ata bilərdim.
Lakin sistem mənə deyir: "Xeyr, öncəliyin təcili köməyə ehtiyacı olanlardır. Eyni zamanda gecənin ortasında gənc uzmana assistentlik et, onu öyrət ki, sən olmayanda yerinə adam olsun". "Self-Made Man"-lar çox vaxt gənc həkimin məsuliyyətini öz üzərinə götürüb onu öyrətməyin vacibliyini qəbul etmirlər. Bu haqda danışanda sənə "sadəlövh" kimi baxırlar. Amma digərlərini təmənnasız öyrətmək bir sistemin yaşaması üçün "olmazsa olmaz"dır. Yaxud sistem onlarldan bunu tələb edə bilməlidir.
Bir neçə gün öncə təcrübəli bir cərrahımıza izah etdiyim kimi: Bizlər yanımızda özümüz qədər və ya bizdən daha yaxşı əməliyyat edənləri qəbul etməyə və onları öyrətməyə məcburuq. Əvvəllər tək idik, bütün sistem bizə işləyirdi; indi isə şükür ki, tək deyilik, gənclər var. Məsələn, 100 min əhalisi olan bir rayonda illik təxminən 5 min zəriri (!) cərrahi əməliyyata ehtiyac var. Bunun üçün ən azı 20 cərrah və anestezioloq lazımdır. Bəzi yerlərdə 4-5 əməliyyat edə bilən cərrah var, bəzi yerlərdə heç yoxdur.
Gənclər Azərbaycandan qaçmamalıdır. Əgər qaçırlarsa, səbəbləri var. Mobbinqin nə olduğunu bəzən fərq etmədən onları mobbinq edirik. Gənci etdiyi ilk səhvə görə insanların içində danlamaq və ya onu prokurorla hədələmək ən bəsit mobbinqdir məsələn.
İnsan eqoist məxluqdur. İllərini verdiyi "fərdi sistemindən" imtina etmək ona ağır gəlir. Lakin sehirli çubuq yoxdur. Ünsiyyət, təhlil və ağır qərarlar qaçılmazdır. Sistem həkimi olmaq çətindir, lakin bunun həlli yolunu tapmaq məcburiyyətindəyik. Heç kim deyə bilməz ki, qardaşım, məndən nə istəyirsən, əziyyət çəkib sənəd öyrənmişəm, indi də bildiyim kimi ondan bəhrələnirəm, istərsiniz gəlin, qoşulun mənə.
Üstünlüyümüz ondadır ki, artıq dialoqa açıq idarəçilər var. TƏBİB və İTS komandasının hər tərəfdən tənqidlər altında olmasına, bəzən isə təhqir edilmələrinə baxymayaraq, cəsarətli qərarlar vermə keyfiyyətləri bizim üçün yeni qurulan sistemə inteqrasiya etmək üçün bir şansdır. Lakin hər şey onlardan asılı deyil; onların sehirli çubuğu yoxdur, əslində o "sehirli çubuq"lar bəlkə də bizlərik. Bir yol tapıb sistem quruculuğunda iştirak etməliyik. Necə ki Azərbaycan əsgəri Qarabağı almaqla salnamə yazdı, həkimlərimizin də dünyadan xəstələrin müalicə üçün gələcəyi bir sistemə töhfə verəcəyinə əminəm.
Məsələn, bu istiqamətdə yol arayışlarında, mövcud həqiqətləri anlayan bir çox region və mərkəzi klinikalarımızın aparıcı cərrahları noyabr ayında Qazax Müəllimlər Seminariyasında toplanaraq zəruri cərrahi və anestezioloji xidmətin qurulması üzrə "Elmi-Praktik Məsləhət Şurası" formalaşdırdılar. Bu Şura məhz sistem quruculuğuna töhvə verməyin vacibliyini anlayan müstəqil aparıcı mütəxəsslərin və ictimai qurumların qurduğu bir şuradır. Şuraya üzvlüksə açıqdır. Allah qoysa, yanvar ayında keçiriləcək ilk görüşündə 2026-cı il üçün fəaliyyət planı və konkret təkliflər hazırlayacaq.
Gənclərə demək istəyirəm ki, sizin üçün maraqlı olacaq bir sistemin formalaşması artıq qarşısıalınmazdır. Xaricə getmək istəyinizə qarşı deyilik, amma bilin ki, vətəninizdə də dəyərli alternativlər olacaq. Şəxsən mən bu prosesə inanıb gələn ildən Azərbaycanda çalışmaq qərarı verdim. Bu qərarımda mənə yaradılan imkanlara görə Vüqar bəy başda olmaqla bütün TƏBİB ailəsinə təşəkkür edirəm!
Vüqar Yaqublu, onkoloq-cərrah
OXŞAR XƏBƏRLƏR

Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Prezident Kəngərli sakinləri ilə görüşdü – Fotolar
Ağadadaş Ağayev Qurban Qurbanovdan inciyib: Onun toyunu mən aparmışam, amma...
Laçında bayram ab-havası... - Video + Fotolar
Səyyad Aran: "5000 manat maaş alıram, necə qənaət edim?"
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14