Yenilik.Az
www.Yenilik.Az » Dünya » Peskov Vardanyanın həbsindən danışdı

Peskov Vardanyanın həbsindən danışdı

Peskov Vardanyanın həbsindən danışdı
2023-09-27 , 16:43

Kreml bəyan edib ki, Ruben Vardanyanın Qarabağı tərk etmək istəyərkən saxlanılması barədə məlumat yoxdur.

Yenilik.az Interfax-a istinadla xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin müvafiq sualını cavablandırarkən deyib:
"Məndə belə bir məlumat yoxdur. Ona görə də bu məsələ ilə bağlı heç nə deyə bilmərəm".
D. Peskov qeyd edib ki, Rusiya hakimiyyət orqanları müvafiq məlumatları almalıdır.
Mətbuat katibi Vardanyanın Rusiya vətəndaşı olub-olmamasına aydınlıq gətirməkdə çətinlik çəkib: "Mən bu barədə əmin deyiləm (Rusiya vətəndaşlığından imtina ilə bağlı), ona görə də bu barədə dəqiq şərh verməyə cəsarət etmirəm, lakin onun Rusiya vətəndaşlığı var idi. Amma vətəndaşlıqdan imtina edibsə, bu başqa məsələdir".
Xatırladaq ki, ötən ilin avqustunda rusiyalı milyarder və sahibkar Vardanyan Rusiya vətəndaşlığından imtina etdiyini və Ermənistan pasportu ilə Qarabağa köçdüyünü açıqlamışdı. Sonralar o, "DQR-in dövlət naziri" vəzifəsini tutub və Laçın dəhlizinin bağlandıqdan sonra bu vəzifədən azad edilib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.